Modern.az

Motosiklet yolu keçən qadını vurub öldürdü

Motosiklet yolu keçən qadını vurub öldürdü

13 İyul 2020, 00:13

Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

Prospektlə yüksək sürətlə hərəkətdə olan motosiklet yolu keçmək istəyən Gülnarə adlı qadını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Zərbənin gücündən motosiklet yol kənarındakı dirəyə dəyərək bir neçə metr aralıda dayanıb. Hadisə zamanı motosikletin sürücüsü ağır xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin və Prokurorluq əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı