Modern.az

Türkiyəli deputat: “Ermənilər BMT-nin atəşkəs çağırışına əməl etmir”

Türkiyəli deputat: “Ermənilər BMT-nin atəşkəs çağırışına əməl etmir”

Aktual

13 İyul 2020, 13:03

"Tovuzda törədilən təxribat həm də ermənilərin Birləşmiş Millətlər Təşkilatının koronavirusla əlaqədar atəşkəs çağırışına əməl etməməsinin sübutudur"

Bunu Modern.az-a Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım bildirib. Deputat Ermənistanın bölgədə sülh istəmədyini də diqqətə çatdırıb:

                       

“Bütün dünya COVID-19-a qarşı mübarizə apararkən, Ermənistan əvvəlcə Qarabağda beynəlxalq təşkilatlar tərəfindən bilinməyən parlament və prezident seçkilərini keçirdi. İndi isə Tovuz sərhəd bölgəsində belə bir hücum və təxribat törədir. Ermənistanın bölgədəki sabitliyi davamlı pozması və dünənki hücumlar İrəvan administrasiyasının bölgədə sülh və sabitlik istəməməsinin ən vacib sübutudur.

Bu həm də erməni tərəfinin Birləşmiş Millətlər Təşkilatının Baş katibinin COVID-19 səbəbiylə qlobal atəşkəs çağırışına verdiyi dəstəyi tanımamasının ən vacib sübutudur. Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini və təcavüzkar hərəkətlərini qınamağa və qardaş ölkənin ərazi bütövlüyünün təmin edilməsinə dəstək olmağa çağırırıq. 

Türkiyə hər zaman Azərbaycanın yanındadır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!