Modern.az

Koronavirus Türkiyədə daha 19 can aldı

Koronavirus Türkiyədə daha 19 can aldı

Aktual

13 İyul 2020, 21:36

Türkiyədə son sutka ərzində daha  19  nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 382 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 46 492 nəfərdən 1 008-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  214 001 nəfərə çatıb. Müalicə olunan  1 156  xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək  195 671  nəfər koronavirusdan müalicə olunub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir