Arxiv
14 İyul 2020, 14:30 | AKTUAL
Xarici İşlər Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı yeni AÇIQLAMA

“14 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub”.

Modern.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin növbəti  açıqlamasında yer alıb.

Açıqlamada bildirlib:

“Ermənistan tərəfindən Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir.

Ermənistan tərəfi bundan öncə də Azərbaycanlı mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, sərhədboyu, eləcə də təmas xətti yaxınlığında yaşayan və aralarında azyaşlı uşaqlar da olmaqla azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə düşmən gülləsinin hədəfinə çevrilməsi, eləcə də 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxsin həlak olması və 33 nəfərin yaralanması Ermənistan təcavüzünün günahsız qurbanlarıdır.

Ermənistan silahlı qüvvələri, yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurur.

Bu kimi əməlləri ilə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur.

Ermənistanın hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə və Azərbaycanlı mülki şəxslərin Ermənistanın məqsədyönlü qanlı təxribatının qurbanı olması faktına beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və Ermənistanın bu qanunsuz əməllərini qınamağa çağırırıq.

Azərbaycanlı mülki şəxsin qətl edilməsinin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09 “Mən istintaqa çağırılmamışam” - Nazir müavini danışdı 12 Avqust 2020, 21:53 “İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF 12 Avqust 2020, 21:36 Azərbaycan Premyer Liqasında I turun oyun CƏDVƏLİ 12 Avqust 2020, 21:22 Qatarın reysdən çıxması 3 nəfərin həyatına son qoydu: 6 yaralı var   12 Avqust 2020, 21:08 Bakı SMS-lə icazə sisteminin ləğvindən sonra - FOTOLAR 12 Avqust 2020, 20:49 XİN-dəki həbslərlə bağlı nazir müavinləri DTX-da DİNDİRİLİB 12 Avqust 2020, 20:32 Türkiyəli generallar AZƏRBAYCANDA 12 Avqust 2020, 20:15 OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb 12 Avqust 2020, 20:03 Dövlət Sosial Müdafiə Fondunun yeni büdcəsi təsdiqləndi 12 Avqust 2020, 19:27 Bu küçə və prospektlərdə sıxlıq var 12 Avqust 2020, 19:16 Norveç 5 ölkə üçün 10 günlük karantin rejimini tətbiq edir 12 Avqust 2020, 19:12 ABŞ-da çimərliklər və parklar bağlanır 12 Avqust 2020, 18:56 Slovakiya rusiyalı diplomatları ölkədən çıxarıb 12 Avqust 2020, 18:44 Qərb mediası Rusiyanın vaksin kəşfinə ŞÜBHƏ EDİR 12 Avqust 2020, 18:34 Köksümdəki QAFQAZ 12 Avqust 2020, 18:30 Baş Prokurorluqdan ölümlə nəticələnən dava barədə AÇIQLAMA 12 Avqust 2020, 18:18 Dövlət Agentliyinin əməkdaşları daha 139 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib 12 Avqust 2020, 17:56 Prezident dövlət büdcəsinə dəyişikliyi TƏSDİQLƏDİ 12 Avqust 2020, 17:50 Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib - FOTO 12 Avqust 2020, 17:45 200 kiloqram heroinin Azərbaycana keçirilməsinin qarşısı alındı 12 Avqust 2020, 17:40 Dolların sabaha olan məzənnəsi açıqlandı 12 Avqust 2020, 17:34