Modern.az

Gəncə gəncləri: Ali Baş Komandan, əmrinizə hər an hazırıq! 

Gəncə gəncləri: Ali Baş Komandan, əmrinizə hər an hazırıq! 

14 İyul 2020, 15:06

Azərbaycan gənci daim vətənpərvərliyi, el-obasına, dövlətə-dövlətçiliyə sadiqliyi ilə seçilib. Tarixin müxtəlif məqamlarında gənclərimizin torpaq, Vətən uğrunda göstərdiyi sücayətləri, mübarizələri ilə bağlı minlərlə qəhrəmanlıq nümunələri var.

 

Modern.az xəbər verir ki, bu gün də Azərbaycan gənci Vətəninə, xalqına, torpağına bağlılığı ilə seçilir. Bu da təsadüfi deyil. Çünki gənclərimiz daim el-obasına hörmət, soykökünə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunurlar. 

 

İyul ayının 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribat Azərbaycan xalqı kimi YAP Gəncə şəhər təşkilatının gənclərinin də böyük hiddətinə, qəzəbinə səbəb olub. Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən, diktatura rejiminin cəbhədə təxribatlar yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışan Ermənistanın Dağlıq Qarabağ bölgəsinə aid olmayan ərazidəki təxribatı gənclərimiz tərəfindən narazılıqla qarşılanıb. 

 

Tovuz istiqamətində erməni təxribatı üzündən baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərimizin qəhrəmanlığının, döyüş şücaətinin yeni nümunəsi hesab edən gənclərimiz daim Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında istənilən erməni təxribatının anındaca qarşısını alan Ordumuzla bir olduqlarını, torpaqlarımızın hər qarışını qorumağa hazır olduqlarını bildiriblər.

 

“İyulun 12-dən etibarən Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrə tərəfindən Azərbaycana qarşı edilən təcavüz hər bir Azərbaycan gənci kimi məni də narahat edir. Uzun illərdir ki, təcavüzkar xislətlərindən əl çəkməyən ermənilərə qarşı mübarizə bizim artıq alın yazımıza çevrilib. Mən və mənim kimi yüzlərlə Gəncə və Azərbaycan gənci Ali Baş Komandanın  göstərişi ilə cəbhəyə yollanmağa və Vətənimiz Azərbaycan üçün əlimizdən gələni etməyə hazırıq”. Cavid Abbasovun dilə gətirdiyi bu sözlər onun Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazırıq olduğunun təsdiqidir.

 

Kamran Abbasov isə bildirir: “Müdafiə Nazirliyinin rəsmi açıqlamalarını hər bir Azərbaycan vətəndaşı kimi mən də yaxından izləyirəm. Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə apardığımız bir dövrdə paralel olaraq, Ermənistan tərəfinin atəşkəsi kobudcasına pozması və mövqelərimizi atəşə tutması onların niyyətlərinin dəyişmədiyini bir daha göstərdi. Mən bir Azərbaycan gənci olaraq, Vətənim uğrunda şəhid olmağa, torpaqlarımızın bir qarşını belə düşmənə verməməyə hazır olduğumu və bunun üçün daim döyüş əmrinizi gözlədiyimi bildirmək istəyirəm”.

 

“İşğalçı erməni hakimiyyəti xaincəsinə atəşkəs rejimini pozub, hücuma keçdi. Gözü qonşusunun torpağında olan düşmənlərə bir daha xatırlatmaq lazımdır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək”. Ənvər Əhmədzadənin söylədiyi bi fikirlər Azərbaycan gəncinin vətənpərvirliyindən xəbər verir.

 

Aruz Kəsəmənli isə tezliklə Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altındakı torpaqlarımız azad ediləcəyinə, üçrəngli bayrağımız Şuşada, Xankəndində, bütövlükdə Qarabağda, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında dalğaılanacağına tam əmin olduğunu dilə gətirib. 

 

Fərrux İsayev böyük ruh yüksəkliyi ilə cənab Ali Baş Komandana müraciət edərək,ordu sıralarına qatılmaq, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istədiyini qeyd edib. 

 

İman Musayev gənclərimizin sosial şəbəkələrdə fəallıqlarının artırılmasına diqqət çəkib: ”Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgərlərimiz erməni təxribatına layiqincə cavab verir, ağır zərbələrlə düşməni yerində oturdur. Gənclərimiz sosial şəbəkələrdə fəal olmalı, ermənilərin - öz mənafeləri naminə təmas xəttində süni gərginlik yaratmaq kimi çirkin niyyətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq”.

 

Fuad Dadaşov “Silahlı Qüvvələrimizin düşmənin istənilən təxribatına layiqli cavab verəcəyinə, işğal altında olan torpaqlarımızı azad edəcəyinə, Vətən yolunda həlak olan bütün şəhidlərimizin qanını yerdə qoymayacağına bütün qəlbimizlə inanırıq”.

 

Məkrli və mənfur qonşu yenə həsəd hissini boğa bilmədi, məkrli planlarını həyata keşirməyə çalışdı. 2016-cı ilin Aprel, 2018-ci ilin may-iyun aylarında Naxçıvan döyüşlərində Azərbaycan xalqının öz torpaqlarının azad olunması uğrunda əzmini, ordumuzun gücünü unutdu. Unutdu ki, tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. İşğalçı qonşular tam əmin olsunlar ki, Azərbaycan xalqı erməni işğalı ilə heç vaxt barışmayacaq. Bu gün əli silah tutan hər kəs Vətən uğrunda döyüşməyə hazırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir