Arxiv
15 İyul 2020, 17:54 | AKTUAL
Azərbaycan Prezidentinin köməkçisi erməni naziri debatda ifşa etdi - VİDEO

“Al Jazeera İnternational” beynəlxalq televiziya kanalında Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə debatı olub.


Modern.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etməyə, Ermənistanın guya sülh tərəfdarı olduğunu, ölkəsinin yaranmış gərginliyin aradan qaldırması istiqamətində çalışdığını, Qarabağdakı ermənilərin təhlükəsizliyinin zəmanətçisi olduğunu bildirib.


Prezidentin köməkçisi Hikmət Hacıyev canlı yayımda Ermənistan xarici işlər nazirinin yalanlarını ifşa edib. H.Hacıyev Ermənistan xarici işlər nazirinin bu kimi açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və ərazi iddialarını bir daha sübut etdiyini qeyd edib.


O, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi təcavüz yolu ilə işğal etdiyini, işğal olunmuş ərazilərdən bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qovulduğunu bildirib. Azərbaycana qarşı hərbi təcavüzə görə Ermənistanın bir dövlət olaraq beynəlxalq hüquqi məsuliyyət daşıdığını diqqətə çatdırıb.


H.Hacıyev Ermənistan əsgərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var sualı ilə Ermənistan xarici işlər nazirinə müraciət edib.


Prezidentin köməkçisi Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrin adi sərhəd toqquşması olmadığını, Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını və Azərbaycana qarşı davam edən hərbi təcavüzün davamı olduğunu bildirib. H.Hacıyev Ermənistanın bu təxribatının aşağıdakı səbəblərlə bağlı olduğunu deyib.


-         Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən və bu münaqişəyə görə üzərinə düşən məsuliyyətdən qaçmağa çalışır;


-         Ermənistan bu təxribat vasitəsilə regionda yeni gərginlik ocağı yaratmağa cəhd edir və regionu yeni təhlükələrlə üzbəüz qoyur;


-         Rəsmi Yerevan üzvü olduğu Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını münaqişəyə cəlb etməyə çalışaraq çirkin və məsuliyyətsiz siyasi oyun aparmağa səy göstərir;


-         Ermənistan kənarda qaldığı Şərq-Qərb nəqliyyat dəhlizinə, regional connectivity layihələrinə xələl gətirmək məqsədi güdür;


-         Həmçinin, bu yolla Ermənistan rəhbərliyi COVİD-19 pandemiyasının ölkədə geniş yayılması şəraitində kəskin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.

 

Hikmət Hacıyev Ermənistan rəhbərliyinin “Qarbağ Ermənistandır və nöqtə” deməklə Ermənistanın Azərbaycan ərazilərinin anneksiyası siyasətini apardığını bildirib, bu kimi açıqlamalarla Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatını və mahiyyətini dağıtdığını vurğulayıb. Bunun ilk növbədə həmsədr ölkələrə qarşı hörmətsizlik olduğunu qeyd edib.


O, sərhəddə baş vermiş təxribatın məsuliyyətinin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü deyərək, Ermənistanın itkilərini gizlətdiyini və Ermənistan rəhbərliyinin bu hərbi avantüraya görə itkilər barədə öz ictimaiyyətinə hesabat verməli olduğunu deyib.


Müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:


 http://mediaview.aljazeera.com/video/siI8iE8d5p  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aparıcıdan Paşinyana SƏRT SUALLAR: “Azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyəcəksinizmi?” 14 Avqust 2020, 13:26 Mədəniyyət Nazirliyində yeni təyinat 14 Avqust 2020, 13:20 Azərbaycanda 2 koronavirus xəstəsi həbs olundu 14 Avqust 2020, 13:14 Sabahın hava proqnozu 14 Avqust 2020, 13:08 ““Səhər” yeganə proqram idi ki, burada rüşvət deyənin nəinki əlini, dilini də kəsirdilər”  - MÜSAHİBƏ 14 Avqust 2020, 13:02 Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər - Nazirlik 14 Avqust 2020, 12:56 “Bandotdel”dən silah ƏMƏLİYYATI 14 Avqust 2020, 12:50 İcra nümayəndəsinin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 12:44 Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan olundu - SİYAHI 14 Avqust 2020, 12:38 Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi 14 Avqust 2020, 12:32 Azərbaycanda 83 körpə ev şəraitində doğulub 14 Avqust 2020, 12:26 Qarabağın Azərbaycanlı icması: "Ermənistanın bu azğın əməlləri..." 14 Avqust 2020, 12:20 Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI 14 Avqust 2020, 12:14 Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12