Arxiv
16 İyul 2020, 00:17 | İQTİSADİYYAT
“2020-ci ilin dövlət büdcəsində dürüstləşmələr aparılacaq” - Samir Şərifov 

“Cari ilin 6 ayında xam neftin qiymətinin 38 ABŞ dolları təşkil etməsi, OPEC+ sazişi çərçivəsində satış üxrə neft həcmlərinin azalması və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunması qaçılmaz olan karantin və digər məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi təsirlər ilin sonuna həm neft gəlirlərinin, həm də qeyri-neft sektorundan daxilolmaların azalmasını şərtləndirir”.

Modern.az xəbər verir ki, bunu bu gün Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

S.Şərifov deyib ki, bu ilin 6 ayında vergi, gömrük və məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar proqnoznun artıq yerinə yetirilməsi nəticəsində formalaşan ehtiyat ilin sonuna kimi xərclərlə gəlirlər arasında gözlənilən natarazlığın aradan qaldırılması üçün kifayət etməyəcək: “Dövlət büdcəsindəki mövcud ehtiyatlar da Sizin müvafiq sərəncamınıza uyğun olaraq pandemiya ilə mübarizə və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinə xərclərin optimallaşdırılması yolu ilə yönəldilib. Bununla yanaşı pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, səhiyyə sahəsi və digər dövlət ehtiyacları dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışları formalaşdırır, bununla bağlı əlavə maliyyə təminatının yaradılmasını gündəmə gətirir”.    

Maliyyə naziri cari ilin təsdiq olunmuş dövlət və icmal büdcələrinin xərclərinin prioritetliyinin və ünvanlılığının optimallaşdırılması, yaranmış vəziyyətə uyğun yeni ehtiyacların maliyyələşdirilməsi, dövlət büdcəsinin gəlir və xərcləri arasında tarazlığın təmin edilməsi məqsədi ilə 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılaraq düzəlişlər edilməsinin məqsədəuyğun olduğunu bildirib.

Prezident İlham Əliyev bildirib ki, neftin qiymətindən asılı olmayaraq təbii ki, büdcə tam icra edilməlidir: “Hesab edirəm ki, bizim buna tam imkanımız çatacaq. Dürüstləşməyə gəlincə, prinsipcə mən buna etiraz etmirəm. Əvvəlki illər də biz dürüstləşmə aparmışdıq. Ancaq gərək bu, əsaslandırılsın. Ona görə də Baş Nazirin rəhbərliyi ilə hökumət üzvləri ilə birlikdə bu məsələləri təhlil edin və mənə konkret təkliflər verin. Hansı həcmdə biz büdcə xərclərimizi artırmalıyıq və biz bundan hansı məqsədlər üçün istifadə etməliyik? Onu da bildirməliyəm ki, büdcə gəlirlərinin artması ilin ilk aylarında baş verib. Biz ili böyük uğurlarla, planlarla başlamışdıq.  Proqnozlardan əlavə həm vergi, həm də gömrük sahəsində artımlar var idi. Aprel, may aylarından artım yavaşlamağa başladı. Yenə də profisit var. Amma qeyd etdiyiniz kimi ilin sonuna qədər bu profisit bizə çatmaya bilər.  Əlavə xərclər oldu. İndi neftin qiyməti bizdə 55 dollar nəzərdə tutulmuşdu, 6 ayda 40 dollardan aşağıdır. Ona görə də bütün bu məsələlər nəzərə alınmalıdır və əminəm ki, bu ilin büdcəsi ilə bağlı hər hansı problem olmayacaq. Gələn ilin büdcəsinə gəlincə, gərək ilk növbədə neftin qiyməti düzgün müəyyən edilsin. Hələ ki, vaxta var. Neft bazarlarındakı vəziyyətə baxaraq biz bunu müəyyən edəcəyik. Elə etməliyik ki, bizim sosial məsələlərdən başqa digər strateji infrastruktur layihələrinin icrası təmin edilsin. Onların arasında su təchizatı, həm içməli, həm suvarma suyu ilə təminat ön plandadır. Ona görə indi planlar hazırlanır, onların texniki, iqtisadi əsaslandırması hazırlanacaq. Ona görə də bu məsələ də mütləq nəzərə alınmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hacıqabulda qaz kəmərində baş verən yanğın söndürülüb 8 Avqust 2020, 00:52 Ermənilər Holokost qurbanlarının xatirəsinə ucaldılan abidəni təhqir etdi 8 Avqust 2020, 00:36 Bu gündən 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək 8 Avqust 2020, 00:17 Xəstəxanadan əkizlərdən birinin oğurlanması iddiasına CAVAB 8 Avqust 2020, 00:06 “Sarqsyan canını qurtarmaq üçün çürük saman çöpündən yapışır” - Vaqif Dərgahlı 7 Avqust 2020, 23:54 Xarici İşlər naziri Ceyhun Bayramovun ilk müsahibəsi - VİDEO 7 Avqust 2020, 23:37 Tovuzda qadın bıçaqlandı 7 Avqust 2020, 23:18 SOCAR-dan partlayış baş verən qaz kəməri ilə bağlı AÇIQLAMA 7 Avqust 2020, 23:04 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 7 Avqust 2020, 22:49 Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28