Modern.az

Ordumuz daha bir şəhid verdi - FOTO

Ordumuz daha bir şəhid verdi - FOTO

Qarabağ

16 İyul 2020, 17:34

İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, hazırki vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.


Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir.

Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür.

 

Modern.az-ın məlumatına görə, Şəhid Nazim İsmayılov Ağstafa rayonun Kolxəlfəli kəndində anadan olub. Şəhid hərbçimiz doğulduğu kənddə torpağa tapşırılıb.

 

Allah rəhmət eləsin!

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi