Arxiv
17 İyul 2020, 14:00 | HADİSƏ
Polad Həşimov “döyüşə ancaq əsgərlər gedir” stereotipini DAĞITDI

General-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin “Tovuz döyüşləri”də qəhrəmancasına həlak olması, ölkəmizdə illərdir formalaşan “ön cəbhəyə ancaq əsgərlər gedir” stereotipini darmadağın etdi. Onların ölümü göstərdi ki, ön cəbhədə əsgərlərlə yanaşı, məhz yüksək rütbəli zabitlər də döyüşür.  Əsgərlər səngərdə onunla birgə olan komandiri heç vaxt unutmur, necə ki, general-mayor Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi untumurlar.

 

"Vətən uğrunda canından keçməyə hazır olan oğullarımız çoxdur"


Bu barədə Modern.az-la fikirlərini bölüşən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, vətən uğurunda kasıb-dövlətli, əsgər-zabit, yaxud general ayrı-seçkiliyi yoxdur:


“Vətən oğlu elə Vətən oğludur. Vətən uğrundan canından keçməyə hazır olan oğullarımız çoxdur. Hələ bu qətiyyətli əsgərlə bir səngərdə general, polkovnik varsa, bu ordu heç basılmaz.

Erməni tərəfin Tovuzla sərhəddə törətdiyi hərbi təxribat zamanı həm orudumuzun, həm cəmiyyətin, həm xalqın potensialını, həm də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident  İlham Əliyevin qətiyyətliliyini gördük. Bunlar hamısı bir-birini tamamladı.

Təəssüf ki, bu proseslərdə bəzi ünsürlərin ortaya çıxmasını, qışqıran-bağıran, amma bir iş görə bilməyənləri, ordunu nüfuzadan salmaq istəyənləri, daxildə təxribat törətmək istəyənləri, Milli Məclis binasına girib o biabıçılıqla düşməni bizə güldürmək arzusunda olanları, sosial şəbəkələrdə yerli-yersiz danışıb düşmən dəyimanına su tökənləri, informasiya müharibəsində onlara materiallar vermək istəyənləri də gördük.

Döyüş və bu kimi situsiyalar cəmiyyəti sınayır. Bizim cəmiyyətimiz “Aprel döyüşləri”ndəki kimi sınaqdan çox uğurla çıxır. Doğrudur, bu, savaşdır, təxribatın qarşısının alınması ilə bağlıdır. Biz aprel hadisələrində irəliləyib düşmənin mövqelərini ələ keçirmişdiksə, orada müəyyən dinamika vardı. Burada isə mövqe döyüşləridir, nə biz onların dövlət sərhədlərini pozub irəliləməyi qarşımıza məqsəd qoymuşuq, nə də düşmənə öz təxribatını genişləndirməyə imkan veririk ki, strateji mövqeləri ələ keçirsin”.

General əsgərin yanındadırsa...


Ş.Ramaldanovun sözlərinə görə, cəbhədəki son vəziyyət göstərdi ki, bizim zabitlər rütbəsindən asılı olmayaraq, vəziyyəti yerində araşdırırlar:


“Qəbul edilən qərarların düzgün olub-olmadığını yoxlayır, ən əsası əsgərlərimizə mənəvi dayaq olurlar. Bilirsiniz, generalın səngərdə olması şəxsi heyətə necə təsir edir, bu, onların inamını artırır, əsgərlərə ruh yüksəkliyi verir. Bizdə bir söz var “sayıb gəlib”. Baxmayaraq ki, atışma gedir, döyüş gedir, artilleriya atəşinə məruz qala bilər, yüksək rütbəli, təcrübəli zabit özünün rahat, hər bir şəraitli kabinetindən çıxıb əsgərin yanına gəlir. Rütbəsindən asılı olmayaraq, onun ürəyi əsgərlə bir döyünür. General, polkovnik, korpusun idarə heytənin nümayəndəsi səngərə, əsgərin yanına gəlir. O əsgərin ki, gecə-gündüz vətənin keşiyində durur”.

 


"Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə qadirdir"


Müsahibimiz qeyd edib ki, Tovuz döyüşləri bir bölük çərçivəsində gedən mövqe savaşıdır:


“Yəni o döyüşdə korpusun idarə edilməsinə ehtiyac yoxdur. Orada tabur səviyyəsində döyüş gedir. Tabur əlində olan imkanlarla düşmənin o istiqamətdə hər bir təxribatının qarşısını almağa qadirdir. Ancaq buna baxmayaraq, müdafiə nazirinin müavini də, korpus komandiri də orada idi. Bu daha çox hadisələri yerində qiymətləndirib, gedişata hazır olmaq məqsədi daşıyır. O biri tərəfdən də mənəvi məqsəd var. Yəni “əsgər, biz sizinləyik”, “sizi dəstəkləməyə hazırıq”.

Bu gün gedən proseslər göstərdi ki, istər əsgər, istər çavuş, istər zabit, istər yüksək rütbəli general olsun, Azərbaycan ordusu bu gün öhdəsinə düşən tapşırıqları yerinə yetirməyə hazırdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan orudumuz yüksək qiymət verərək dedi ki, “əgər Azərbaycan və Ermənistan ordularını üz-üzə qoysalar, Azərbaycan Silahlı Qüvvələri işğalçıları qısa müddətdə darmadağın edib, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Təəssüflər olsun ki, biz böyük oyunun içərisindəyik, ayrı-ayrı dövlətlərin ikili standartlarına dözməli oluruq”. Ancaq bütün bunlara baxmayaraq, xalqın iradəsi, döyüş bölgəsində gedən proseslər Prezidentin qətiyyəti bütün ölkələrə və onların havadarlarına göstərəcək ki, Azərbaycan dövlətinin səbri tükənmək üzrədir, hər an anti-terror əməliyyatı apararaq, öz torpaqlarımızı düşməndən azad edib ərazi bütövlüyümüzün bərpasına qadirik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşdü 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54 Meşələrin qorunması polisə həvalə olunur? - Nazirlikdən cavab 18 Sentyabr 2020, 16:48 Azərbaycanda 21 meşəbəyi işdən çıxarılıb 18 Sentyabr 2020, 16:42 “Yüksəliş” müsabiqəsi vebinar təşkil edib  18 Sentyabr 2020, 16:37 Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib 18 Sentyabr 2020, 16:32 Naftalanda yenilik - parklarda alternativ enerjidən istifadə olunacaq 18 Sentyabr 2020, 16:27 Siyavuş Novruzov Milli Məclisdə hesabat verdi 18 Sentyabr 2020, 16:22 Tofiq Yaqublu ev dustaqlığına buraxıldı 18 Sentyabr 2020, 16:20 Lirə dollara qarşı kəskin UCUZLAŞDI 18 Sentyabr 2020, 16:14