Modern.az

Futbol sevinci faciəyə səbəb oldu: 3 nəfər öldü

Futbol sevinci faciəyə səbəb oldu: 3 nəfər öldü

Hadisə

1 İyul 2026, 17:15

Futbol üzrə Dünya Çempionatında Meksika millisinin qələbəsini qeyd etmək üçün minlərlə azarkeşin paytaxt Mexiko küçələrinə axışdığı vaxt baş verən izdihamda üç nəfər boğularaq həyatını itirib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, reanimasiya tədbirlərindən sonra 44 yaşlı kişi və 19 yaşlı qadının boğulma nəticəsində öldüyü təsdiqlənib.

Üçüncü qurban isə izdihamdan sonra yaxınlıqdakı küçədə tibbi yardım göstərilən 48 yaşlı qadın olub. O, daha sonra xəstəxanada vəfat edib.

Qeyd olunur ki, hadisə şəhərin mərkəzində, Meksika millisinin Ekvador üzərindəki 2:0 hesablı qələbəsini qeyd etmək üçün azarkeşlərin küçələrə çıxdığı zaman baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...