Modern.az

Bakı–Quba yolunda ağır qəza: ölən və yaralananlar var

Bakı–Quba yolunda ağır qəza: ölən və yaralananlar var

Hadisə

Bu gün, 00:03

Bakı–Quba–Rusiya dövlət sərhədi istiqamətində ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, qəza magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Şəmkir rayon sakini Səma Əliyeva ölüb. Avtomobilin sürücüsü və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

(APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada