Modern.az

\"Səfərbərlik elan olunarsa, burda bir borçalılı qalmayacaq\" - el ağsaqqalı İsrafil Bayramov

\

19 İyul 2020, 14:10

"Cəbhənin Tovuz istiqamətində baş verənlərdən narahatıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. İnanırıq ki, qanları yerdə qalmayacaq".

 

Bu fikirləri Modern.az-a açıqlamasında Gürcüstan Borçalılarının ağsaqqalı İsrafil Bayramov deyib. İsrafil Bayramov bildirib ki, hər bir Borçalı camaatı döyüşmək üçün startda dayanıb:

 

"Borçalı camaatı Azərbaycan ordusunun yanındadır və onları dəstəkləyir. Nə qədər ki torpaqlarımız düşmən tapdağı altındadır, o qədər də biz burda rahat deyilik. Tovuzda baş verənlər erməni təxribatıdır. Onlar diqqəti Qarabağdan yayındırmağa çalışırlar. Ancaq mənfur niyyətlərinə nail ola bilməyəcəklər".

 

Borçalı azərbaycanlılarının ağsaqqalı hər birinin döyüşməyə hazır olduqlarını da qeyd edib: "Səfərbərlik elan olunarsa, burda bir borçalılı qalmayacaq. Hamımız döyüşməyə hazırıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir