Modern.az

Mədəniyyət naziri vəzifəsinin icrası ona tapşırıldı - SƏRƏNCAM

Mədəniyyət naziri vəzifəsinin icrası ona tapşırıldı - SƏRƏNCAM

20 İyul 2020, 16:30

Prezident İlham Əliyev Anar Kərimovun Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Prezidentin daha bir sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini A.Kərimova verilib.

Xatırladaq ki, Anar Kərimov 23 may 2014-cü il tarixindən bu günə kimi Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində işləyirdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi