Modern.az

Cəbhəyə könüllü getmək istəyənlərin rəsmi sayı 46 MİNİ ÖTDÜ

Cəbhəyə könüllü getmək istəyənlərin rəsmi sayı 46 MİNİ ÖTDÜ

Qarabağ

20 İyul 2020, 16:55

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü olaraq iştirak etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətləri davam edir.

Xidmətdən Modern.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 46 mindən çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub