Arxiv
22 İyul 2020, 09:17 | HADİSƏ
Los Ancelesdə İNSİDENT - Ermənilər azərbaycanlılara hücum etdi, 7 soydaşımız xəsarət aldı - FOTOLAR

Los Ancelesdə yaşayan erməni daşnakları 21 iyul 2020-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.
Bu barədə Modern.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu xəbər verib.

Bildirilib ki, ermənilər gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri onların qarşısına çıxaraq, bu təxribata mane olublar.

 

Azərbaycanlı icma üzvlərimiz Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən, işğal nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü əks etdirən ingilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət”, “Ermənistan COVID-19 pandemiyası dövründə Azərbaycana qarşı müharibəyə başlayır. Ar olsun!” və digər çoxsaylı şüarlar yazılan şəkilli plakatlar nümayiş etdirərək, erməniləri susdurublar.

 

Baş Konsulluğun baş konsul da daxil olmaqla bütün əməkdaşları nümayiş günü Baş Konsulluğun ofisində olaraq, daim icma üzvlərimizlə əlaqədə olublar. 

 

Çoxlu sayda erməninin qarşısına çıxan azərbaycanlıların bu cəsarətindən hiddətlənən və məqsədlərinə nail ola bilməyən radikal erməni daşnakları həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Belə ki, onlar idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar və onlardan bir neçəsi avtomobillərini həmyerlilərimizin üzərinə sürməyə çalışıb. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Los Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb.

 

Ermənilərin artan aqressiyasını görən Baş Konsulluq həmyerlilərimizin təhlükəsiz şəkildə oradan uzaqlaşdırılması məqsədilə dərhal avtobus şirkətlərilə əlaqə saxlayaraq, avtobus təşkil edilməsi prosesinə başlayıb. Ancaq 15 dəqiqə sonra Los Anceles polisi icma üzvlərimizə onların təhlükəsizliyini təmin edə bilməyəcəklərindən ehtiyat etdiklərini bildirərək, onları polisin müşayiəti ilə həmin yerdən uzaqlaşdırmağa başlayıb. Ancaq təəssüf ki, daşnaklar həmyerlilərimizə bu anda hücum edərək, onlara müxtəlif bədən xəsarətləri yetiriblər. Nəticədə biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb. Bundan başqa, qadın həmyerlimizi erməni zorakılığından mühafizə etməyə çalışan polis əməkdaşı da başından xəsarət alıb. Xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək, xəsarət alan həmyerlilərimiz ilə görüşərək, erməni cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib. 

 

Hadisədən dərhal sonra baş konsul Los Anceles Polis idarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib. Qeyd olunub ki, öncədən Los Ancels Polisi icmamızın keçirdiyi bu əks-nümayişdən xəbərdar olub və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verib. Ancaq nümayiş günü Los Anceles Polisi tərəfindən adekvat tədbirlər görülmədiyindən bu hadisə baş verib. M.Moore baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib. 

 

Hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır. Baş Konsulluq erməni cinayətkarlarının bu vəhşiliyini Los Anceles meri və digər rəhbər şəxsləri qarşısında qaldıraraq, cinayətkarların dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsini tələb edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurdu 18 Sentyabr 2020, 22:01 Türkiyədə daha 62 nəfər koronavirusdan öldü 18 Sentyabr 2020, 21:44 Azərbaycanın Tatarıstandakı Diasporunun sədri vəfat edib 18 Sentyabr 2020, 21:27 Əfsanəvi astronom vəfat etdi 18 Sentyabr 2020, 21:14 Məhkumların müraciətləri dinlənildi 18 Sentyabr 2020, 20:58 Aeroport yolunda qəza sıxlıq yaratdı 18 Sentyabr 2020, 20:46 AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib 18 Sentyabr 2020, 20:36 “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 18 Sentyabr 2020, 20:18 XİN rəhbəri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54