Modern.az

Bakıda koronavirusa yoluxma artıb, Naxçıvanda yeni xəstə qeydə alınmayıb

Bakıda koronavirusa yoluxma artıb, Naxçıvanda yeni xəstə qeydə alınmayıb

Ölkə

22 İyul 2020, 10:28

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

 

Modern.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir. Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 55,3  faiz təşkil edirdisə, hazırda bu, 56 faizdir.

Sonrakı yerlərdə 16,6 faizlə Abşeron, 8 faizlə Aran, 7,2 faizlə Gəncə-Qazax, 5 fazilə Lənkəran, 2,2 faizlə Quba-Xaçmaz, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Şəki-Zaqatala, 1 faizi Yuxarı Qarabağ bölgələri qərarlaşıb.

Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yeni yoluxma qeydə alınmayıb.

Ölkə xaricində yoluxanlar ümumi yoluxanların 0,9 faizini təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı