Modern.az

Üç rayon Bakıda virusa yoluxmaya görə öndədir - SİYAHI

Üç rayon Bakıda virusa yoluxmaya görə öndədir - SİYAHI

Aktual

22 İyul 2020, 10:31

Ümumi yoluxanların 56 faizinin cəmləşdiyi Bakının özündə xəstələrin sayına görə ilk üçlükdə yenə də Binəqədi, Xətai və Yasamal rayonlarıdır. 


Modern.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxt üzrə yoluxanların 13 faizi Binəqədi, 12 faizi Xətai, 12  faizi Yasamalda qeydə alınıb.

 

Sonrakı yerlərdə 11,9 faizlə Sabunçu, 9,9 faizlə Nəsimi, 8,5 faizlə Nərimanov, 8,4 faizlə Suraxanı, 7,8 faizlə Nizami, 7 faizlə Qaradağ, 4,6 faizlə Səbail, 4,5 faizlə Xəzər, 0,3 faizlə Pirallahı rayonu qərarlaşıb.


Qeyd edək ki, son statsitikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 352 yeni yoluxma faktı qeydə alınıb, 449 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı