Modern.az

Bu tarixlərdə pasiyentlərə koronavirus nəticələrilə bağlı yanlış cavab göndərilib - RƏSMİ

Bu tarixlərdə pasiyentlərə koronavirus nəticələrilə bağlı yanlış cavab göndərilib - RƏSMİ

26 İyul 2020, 12:00

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Modern.az-a verilən məlumata görə, qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edilir ki, testin nəticəsini nəzərə almasınlar:

 

"27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub