Modern.az

417 şəxs yeni yoluxdu - 602 nəfər SAĞALDI

417 şəxs yeni yoluxdu - 602 nəfər SAĞALDI

Hadisə

26 İyul 2020, 16:48

Azərbaycanda koronavirus infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 30050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 22684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7296 , ötən müddət ərzində isə ümumilikdə 683548 test aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi