Arxiv
28 İyul 2020, 11:00 | ÖLKƏ
Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi, təhsilin... - KOMİTƏ SƏDRİ

Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov avqustda sərt karantin rejiminin ləğv ediləcəyinin anonsunu verib. Gündəlik yoluxma sayının azalan temp üzrə sabitləşməsi insanlarda sərt karantin rejiminin ləğvinə, ya da karantin rejiminin yumşaldılmasına ümidləri daha da artırır.

 

“Karantin rejiminin yumşaldılmasına getməliyik”

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də bildirib ki, artıq sərt karantin rejiminin yumşaldılmasına getməliyik:

 

“Amma istənilən halda nə qədər COVİD-19 dünya atmosferində dövran edir və yəqin ki, yaxın vaxtlarda da getməsi gözlənilmir, biz hamımız yeni qaydalarda-məsafənin gözlənilməsi, tibbi maskadan və davamlı olaraq dezinfeksiya vasitələrindən istifadə ilə yaşamağa öyrəşməliyik. Mütəxəssislərin bildirdiyinə görə, bu vasitələr yaxın 1-2 il ərzində bizim həyat tərzimizə çeviriləcək. Digər tərəfdən, səhiyyə maarifi işini həm özümüz öyrənməliyik, həm də yoldaşlarımıza, dostlarımıza öyrətməliyik. Hər hansı xəstə ilə yaxud xəstə yaxını ilə kontakta olduqda müayindən keçmək mütləqdir”. 

 

Rayonlara gediş-gəliş bərpa olunur?

 

Deputat qeyd edib ki, yumşalma zamanı rayonlara gediş-gəlişin bərpası gözlənilir:

“Amma vacib olmadıqca insanlar evdə təcridə üstünlük verməli, ünsiyyəti minimuma endirməlidirlər. Güman olunur ki, yumşalma zamanı SMS icazə də ləğv edilsin, metronun fəaliyyəti də bərpa olunsun. Amma təbii ki, bütün bunlara sanitar-epidemiolji vəziyyət təhlil edildikdən sonra qərar veriləcək”.

 

M.Quliyev deyib ki, insanların kütləvi toplaşdığı tədbirlərlə bağlı qaydalar hazırlanacaq:

“İnsanların ən çox toplaşdığı toy, yas mərasimləri, idman tədbirləridir. Müəyyən qaydalar çərçivəsində bunları da həyata keçirmək lazımdır. İstənilən halda yaxın bir il ərzində koronavirusla yaşamağa öyrəşməliyik”.

 


Yarım illik məsafədən təhsil...

 

Parlamentarinin sözlərinə görə, təhsil müəssiələrində təhsilin bərpası ilə bağlı avqustun 15-dən sonra qərar veriləcək:

 

“Bu, virusun özünü necə aparmasından asılı olacaq. Bəzi ölkələr koronavirusa qalib gəldiklərini bəyan etsələr də, yenidən sərtləşdirməyə getməyə məcbur oldular. Ona görə də avqustun ikinci yarısından sonra təhsillə bağlı qərar açıqlanacaq. Amma güman edilir ki, məsafədən təhsilə üstünlük veriləcək. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bizim üçün əsas olan insanların sağlamlığıdır. Ola bilər ki, yarım il ərzində təhsili məsafən həyata keçirək”.

 

 

““Vəziyyət pisləşir, yoluxacaqsınız” deməklə maarfləndirmə olmur”

 

Komitə sədri deyib ki, karantin rejimilə bağlı insanlarda sosial, iqtisadi, psixoloji gərginlik artıb:

“Bunlar hamısı realdır və gözardı etmək olmaz. Amma bu, bizim yaratdığımız, təkcə bizim içərisində olduğumuz problem də deyil. Bütün dünya bu virusla mübarizə aparır. İndiki məqamda psixoloji yardım xidməti fəal olmalıdır. Xüsusilə televiziyalar insanları maarifləndirməlidir.  Proseslərə çevik yanaşmalar sərgilənməlidir. Bəzən bir ay mütəmadi olaraq, televiziyalarda, saytlarda “vəziyyət pisləşir, yoluxacaqsınız və s.” məlumatlarla insanları qorxudurlar. 1 aydan sonra unudulur. Bu cür maarifləndirmə olmur. Maarifləndirmə mütəmadi olaraq, insanlara psixoloji basqı edilmədən aparılmalıdır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən prosesə nəzarət olunmalıdır. Təkcə virusun yayılması, testlərin götürülməsi, müalicələrin aparılması deyil, həm də sosial-psixoloji aspektlər də Operativ Qərargah tərəfindən daha fəal və çevik idarə olunmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:09 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47 Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək 26 Yanvar 2021, 16:44 Fransa XİN-nin Dövlət katibi Bakıdan Yerevana gedəcək 26 Yanvar 2021, 16:40 Ceyhun Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər 26 Yanvar 2021, 16:36 Azərbaycanda ceyranların sayı ARTDI 26 Yanvar 2021, 16:30 Yoluxma yenə artdı, ölü sayı AZALDI 26 Yanvar 2021, 16:25 Bakıda intihar edən gəncin kimliyi bilindi - YENİLƏNİB 26 Yanvar 2021, 16:23 Çörək və unun satışı vergidən azad olunur 26 Yanvar 2021, 16:20 Sahibkarlara 39 milyon manat maliyyə dəstəyi göstərildi 26 Yanvar 2021, 16:15 Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Deputat 26 Yanvar 2021, 16:12 Tağı Əhmədov xəstəxanaya yerləşdirildi 26 Yanvar 2021, 16:09 Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE 26 Yanvar 2021, 16:03 Nazir regional idarələrə yeni rəislər təyin etdi 26 Yanvar 2021, 16:00 Prezident Oqtay Şahbazovu işdən azad etdi 26 Yanvar 2021, 15:55 Ramin Quluzadə yeni vəzifəyə TƏYİN OLUNDU 26 Yanvar 2021, 15:50 İtaliya baş nazirsiz qaldı 26 Yanvar 2021, 15:45 Daşaltı döyüşünün iştirakçısı: “Nə qədər ki, Qafqazda erməni var, sakit dayana bilmərik!” - MÜSAHİBƏ 26 Yanvar 2021, 15:39 Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular - FOTO 26 Yanvar 2021, 15:34 Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq” 26 Yanvar 2021, 15:30 Dağıntılar altında qalan azyaşlının cəsədi tapıldı - VİDEO 26 Yanvar 2021, 15:18 Xəzərdə zəlzələ olub 26 Yanvar 2021, 15:12 İranda daha 79 nəfər koronavirusdan öldü 26 Yanvar 2021, 15:06 “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik” 26 Yanvar 2021, 15:00 AQTA-dan ictimai iaşə müəssisələrinin sahiblərinə müraciət - FOTO 26 Yanvar 2021, 14:56 Çingiz Qənizadədən polis əməkdaşları haqqında çəkilən videoya REAKSİYA 26 Yanvar 2021, 14:44 UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib 26 Yanvar 2021, 14:38 Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   26 Yanvar 2021, 14:33 İlham Əliyev fransalı dövlət katibini qəbul edib 26 Yanvar 2021, 14:28 "Azərbaycanda internet azaddır" - İlham Əliyev 26 Yanvar 2021, 14:22