Modern.az

Təhsil nazirinə müşavir TƏYİN OLUNDU

Təhsil nazirinə müşavir TƏYİN OLUNDU

29 İyul 2020, 13:06

Təhsil nazirinə yeni müşavir təyin edilib.

Modern.az xəbər verir ki, bununla bağlı yeni Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elnur Nəsibov Təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, E.Nəsibov bu təyinata qədər Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Təhsil nazirinin keçmiş müşaviri Elnur Məmmədov bir müddət öncə Xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.

Prezident İlham Əliyevin iyulun 27-də imzaladığı sərəncamla Emin Əmrullayev Azərbaycan Respublikasının yeni Təhsil naziri təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir