Arxiv
1 Avqust 2020, 14:38 | AKTUAL
Deputat Balakənlilər adından prezidentə təşəkkür etdi

“Ölkə Prezidentinin bölgələrə hər bir səfəri öz tarixiliyi, öz müstəsnalığı ilə seçilir, fərqlənir. Hər biri bir tarix olur, tarixə çevrilir, hafizələrə, yaddaşlara həkk olunur. Çünki hər bir səfərdə yeni-yeni müəssisələr, mühüm əhəmiyyətə malik obyektlər, yollar, körpülər, uşaq bağçaları, məktəblər, xəstəxanalar, idman sarayları, yaradıcılıq mərkəzləri və sair açılıb, istifadəyə verilir, yüzlərlə, minlərlə iş yerləri yaradılır, insanların maddi-sosial təminatlarının, güzəranlarının yaxşılaşdırılmasına yönəlik növbəti töhfələr verilir, bölgələrimizin siması daha da gözəlləşdirilir, paytaxtla, iri sənaye mərkəzləri, sənaye şəhərləri ilə arada olan fərqlilik bir qədər də aradan qaldırılır”.

 

Modern.az xəbər verir ki, bu barədə deputat Kamilə Əliyeva danışıb. O qeyd edib ki, əgər 90-cı illərdə bölgələrdən Bakıya köç, axın baş verirdisə, görülən işlərin, atılan müstəsna addımların sayəsində indi insanların geriyə-öz bölgələrinə, rayonlara dönüşü, axını müşahidə olunur:

“Bunların hamısı da nəticə etibarı ilə inqilabi addımlardır və birbaşa ölkənin inkişafına, tərəqqisinə xidmət edir. Bildiyiniz kimi, elə bugünlərdə dövlət başçısı-cənab İlham Əliyevin ölkənin Şimal-Qərb bölgəsinə, mənim də parlamentdə təmsilçisi olduğum doğma Balakən rayonuna tarixi səfəri oldu.

Ölkə başçısı həm Qobustanda, həm İsmayıllıda, həm Şəkidə, həm Qəbələdə, həm də Balakəndə bir gün ərzində bir neçə çox mühüm obyektin açılışına qatıldı, açılışlardan ikisində tarixi, çox geniş məzmunlu və əhatəli, gələcəyə hədəflənmiş çıxışlar etdi.

 

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərindən, yeni iş yerlərinin, “ASAN xidmət”, “DOST” mərkəzlərinin yaradılmasından tutmuş 32 ildən çoxdur davam edən Qarabağ münaqişəsinə qədər bütün mövzulara toxunuldu, çox mühüm və dəyərli fikirlər, tövsiyələr, tapşırıqlar, çağırışlar səsləndirildi.

Xüsusilə də, faşist-xunta rejimlərindən fərqlənməyən Paşinyan rejiminə, onun gizli və açıq dəstəkçilərinə, erməniləri və Ermənistanı illərdir ölkəmizin üzərinə qaldıranlara, öz məkrli məqsədləri naminə onlardan alət, “kozır” kimi istifadə edənlərə sərt xəbərdarlıqlar edildi, Azərbaycanın işğal faktl ilə barışmadığı və barışmayacağı, öz suverenliyini bütün ölkəboyu təmin edəcəyi gur səslə bəyan olundu.

Dövlət başçımızın çıxışında da vurğulandığı kimi, “Bütün imkanlarımızı səfərbər edib bundan sonra da onları (Ermənistanı) təcrid vəziyyətində saxlayacağıq. Onlar bu imkanlardan məhrum olunublar. Ancaq biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

 

 

Bəli, bunlar hamısı Azərbaycan dövlətinin gücü, qüdrəti, dövlət rəhbərinin sarsılmaz iradəsi, cəsarəti, qüdrəti deməkdir”.

Prezidentin Balakənə səfərinə gəlincə, K. Əliyeva söyləyib ki, dövlət başçısı burada Uşaq İncəsənət Məktəbinin yeni binasının, Balakən regional “ASAN xidmət” mərkəzinin, “Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışlarında iştirak edib, 2012-ci ildə Katex və Beretbinə kəndlərində yaradılan “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub:

“Qeyd edim ki, bu işlər hamısı dövlət büdcəsindən ayrılmış milyonlar hesabına başa gəlmiş tarixi işlər, addımlardır.

 

Odur ki, görülən bu işlərə, atılan bu addımlara görə, Balakənin bir neçə bölgəsini parlamentdə təmsil edən millət vəkili olaraq, ölkə rəhbərinə həm öz adımdan dərin minnətdarlığımı bildirirəm, həm də sadə, zəhmətkeş, qədirbilən balakənlilər adından təşəkkürlərimi çatdırıram.

Eyni zamanda, səfərdən dərhal sonra dövlət başçısı İsmayıllı və Balakən rayonları ilə bağlı bir neçə Sərəncam imzaladı.

Konkret olaraq, Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında, Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında, Balakən rayonunun Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında və Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamlar imzalandı ki, bunlar da Balakənimizin, bütövlükdə Azərbaycanın inkişafı, tərəqqisi naminə atılan addımlardır və çox yaxın zamanlarda, yəni, həmin Sərəncamlar bir-bir yerinə yetiriləndən sonra da öz müsbət töhfələrini müsbət şəkildə vermiş olacaq.

 

Bunlara görə də dövlət başçımıza bir daha sonsuz minnətdarlığımı ifadə edir, Balakən camaatının xoş dilək və arzularını çatdırıram.

Bunlar bir daha onu göstərir və onun sübutudur ki, böyük dövlətlər pandemiyanın qarşısında çökdükləri, iqtisadiyyatları məhv olduğu halda, Azərbaycan həm koronavirus, həm də erməni, Ermənistan bəlasına, virusuna baxmayaraq, əzmlə, inamla öz inkişafı, tərəqqisi, çiçəklənməsi yolunda addımlayır və bütün sahələrdə, bütün cəbhələrdə qələbələrdən-qələbə doğru gedir.

Və son, qəti Qələbəyəcən də gedəcək, onu heç kim, heç nə yolundan çəkindirməyəcək, döndərə bilməyəcək”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08 HƏMAS Tel-Əvivə 130 raket atdığını açıqladı 11 May 2021, 22:55 Mark Zukerberq keçilərinə ad verdi - FOTO 11 May 2021, 22:44 BMT Baş katibindən Fələstin və İsrailə çağırış 11 May 2021, 22:28 Türkiyə daha 5 PKK-çını məhv etdi 11 May 2021, 22:13 Prezidenti təhqir edənlər istintaqa cəlb edildi 11 May 2021, 22:01 Prezident vacib mesajlar verdi 11 May 2021, 21:46 ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı 11 May 2021, 21:35 Türkiyədə virusdan ölənlərin sayı artdı 11 May 2021, 21:19 “Barselona” bu müdafiəçini heyətinə qatır 11 May 2021, 21:04 Balakəndə maşın çaya düşdü - ölən və yaralananlar var 11 May 2021, 20:50 Paytaxtın bu ərazisində tıxac yaranıb - FOTO 11 May 2021, 20:35 Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO 11 May 2021, 20:28 Rusiya Rumıniya diplomatını ölkədən çıxarır 11 May 2021, 20:18 İran və ABŞ dənizçiləri arasında insident 11 May 2021, 20:04