Modern.az

Sabiq Roma papası ağır xəstələnib

Sabiq Roma papası ağır xəstələnib

3 Avqust 2020, 13:34

Sabiq Roma papası, 16-cı Benedikt adı altında kilsəyə rəhbərlik etmiş Yozef Ratsinger ağır xəstələnib.

Modern.az-ın məlumatına görə, bunu sabiq papanın bioqrafı Peter Zevald bildirib.

Qeyd olunur ki, 93 yaşlı rahib üz dərisinin kəskin iltihabından əziyyət çəkir. Bu xəstəlik onda Almaniyaya səfərindən sonra aşkar edilib.

 

 

Bioqrafın sözlərinə görə, Y.Ratsinger çox zəifləyib, hətta vəsiyyətini tərtib edərək dəfn olunacağı yeri də müəyyənləşdirib.

Qeyd edək ki, 16-cı Benedikt 2005-ci ildə Roma papası seçilmişdi. O, 2013-cü ildə istefa verərək 1294-cü ildən bəri bu addımı atmış ilk Roma papası olmuşdu.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır