Modern.az

Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB

Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB

3 Avqust 2020, 18:01

“İri ticarət mərkəzləri açıldığı təqdirdə bu və ya digər formada vətəndaşların orada cəmləşməsi baş verə bilər”.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

O bildirib ki, əsas məqsəd kütləvi toplaşmanın qarşısını almaqdır:

“Yaradılan portal da buna xidmət edir".

 

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, kiçik kafelər və açıq havada olan restoranlarla bağlı məsələlər müzakirə edilir:

“Qida qəbul edəndə istər-istəməz maskadan istifadə mümkün olmur. Bu məsələlər müzakirə edilir. Mərhələli şəkildə buna getmək lazımdır. Birdən-birə açılmalar kütləvi yoluxmalara səbəb ola bilər”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi