Modern.az

Gəncədə yataqxanada qadın bıçaqlandı

Gəncədə yataqxanada qadın bıçaqlandı

3 Avqust 2020, 22:34

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərdə yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb.

1964 cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır