Arxiv
4 Avqust 2020, 10:26 | AKTUAL
Deputatlar şəhid əsgərin ata ocağını ziyarət etdilər

Millli Məclisin deputatları Qənirə Paşayeva və Məşhur Məmmədov Qurban bayramı günlərində şəhid əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirovun İsmayıllının Balik kəndindəki ata ocağını ziyarət ediblər.

Modern.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva şəhid əsgərin ailə üzvləri ilə görüşün onunçün həm duyğuverici, həm də bir mənəvi borc ifadəsi olduğunu deyib:

“Tovuz istiqamətində 12 iyuldan başlayan ağır döyüşlərdə bizim hərbi bölmələrimizin mətin duruşu, hər bir hərbçimizin vətənpərvərliyi, qorxmazlığı bizlərə qürur bəxş etdi. Hərbçilərimizin əziz canlarını Vətən torpaqları uğrunda qurban verməsi xalqımız tərəfindən unudulmayacaq. Ruhuna daim ehtiram içində olduğumuz şəhidlərimizin ailələri də bizimçün həmişə əziz olacaq”.

Deputat Məşhur Məmmədov Tovuz döyüşlərinin bir çox həqiqətləri üzə çıxardığını, o cümlədən xalq-dövlət birliyinin necə möhkəm olduğunu bir daha parlaq şəkildə göstərdiyini deyib.
O bildirib ki, hadisələrin qaynar vaxtı Tovuza səfər edib, qəhrəman oğullarımızın, yerli əhalinin, tovuzlu gənclərin ovqatını öz gözləri ilə görüb, şahid olub.
M.Məmmədov Tovuz döyüşlərində şəhid olmuş digər şəhidlərin ailələrinin də ziyarət edildiyini, belə ziyarətlərin bir mənəvi borc olduğunu bildirib.
Şəhid əsgərin ailə üzvləri, doğmaları öz ürək sözlərini bölüşüb.
Millət vəkilləri şəhid əsgərin ailə üzvlərinin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, ordumuzun əsgəri Xəyyam Daşdəmirov düşmənin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədi ilə başlatdığı hücumun ilk günü ağır yaralanıb, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:06 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44 Hərbi hissəyə silahlı basqın edən şəxs ömürlük azadlıqdan məhrum edildi 24 Sentyabr 2020, 16:38 Zelenski Belarusa səfərini ləğv etdi 24 Sentyabr 2020, 16:32 Baş Prokuror ictimai köməkçilərilə görüşdü - FOTO 24 Sentyabr 2020, 16:27 Məleykə Abbaszadə 500 bal toplayıb kənarda qalan abituriyentlərdən DANIŞDI 24 Sentyabr 2020, 16:22 “Savadlı kadrlar hazırlamaq ali məqsədimizdir” - Jurnalistikanın dekanı ilə MÜSAHİBƏ 24 Sentyabr 2020, 16:17