Modern.az

Tramp ABŞ qoşunlarını Əfqanıstandan çıxarır

Tramp ABŞ qoşunlarını Əfqanıstandan çıxarır

4 Avqust 2020, 10:42

ABŞ tezliklə Əfqanıstandakı hərbi kontingentini azaldacaq.

Modern.az-ın məlumatına görə, bunu ölkə Prezidenti Donald Tramp müsahibəsində bildirib.

O bildirib ki, Vaşinqton Əfqanıstandakı qoşunların sayını əvvəlcə 8 minədək, daha sonra isə 4 minədək azaltmağı planlaşdırır.

 

D.Tramp bu prosesin dəqiq vaxtını açıqlamasa da, tezliklə baş tutacağını deyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo qoşunların 2021-ci ilin mayınadək Əfqanıstandan tam çıxarılmasının planlaşdırıldığını demişdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi