Arxiv
4 Avqust 2020, 17:10 | AKTUAL
Asim Mollazadə Prezident Administrasiyasına çağırıldı

Azərbaycan Respublikasının Prezidenti tərəfindən başlanılan və yeni siyasi mühitin formalaşmasına yönələn genişmiqyaslı islahatlar bilavasitə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, hakim və müxalif partiyalar arasında konfrantasiyanın aradan qaldırılmasına xidmət edir.

Modern.az-ın məlumatına görə, bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən 45 siyasi partiya rəhbəri, eləcə də tanınmış ictimai-siyasi fəallar ilə görüşlər keçirilib. Sadalanan görüşlərdən növbətisi avqust ayının 4 də Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə baş tutub. Görüşdə erməni qəsbkarlığı, iqtidar-müxalifət həmrəyliyi, dünya azərbaycanlılarının birliyi, pandemiya dövründə görülən iqtisadi-sosial tədbirlər, korrupsiyanın qarşısının alınması istiqamətində aparılan məqsədyönlü işlər, “Siyasi partiyalar haqqında” qanun layihəsi, siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də onların Mərkəzi Seçki Komissiyası qarşısında maliyyə hesabatlılığının təkmilləşdirilməsi məsələləri üzrə müzakirələr aparılıb.

 

Ə.Vəliyev 12 iyul təxribatına düşmənin növbəti vandallığı kimi qiymət verərək erməni silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn prinsiplərinin pozulduğunu – dinc əhali ilə hərbçilər arasında, eləcə də, mülki və hərbi obyektlər arasında fərq qoymalıdığını, kəndlərdə yaşayış evlərinə ciddi zərər dəydiyini diqqətə çatdırıb.

PA-nın şöbə müdiri bildirib ki, mövcud vəziyyət Azərbaycan Respublikası Prezidentinin şəxsi nəzarətindədir və təxribat nəticəsində dəymiş ziyanın müəyyən edilməsi və aradan qaldırılması məqsədilə iyul ayının 20-də sərəncam imzalanıb, bununla əlaqədar yaradılmış işçi qrupun nümayəndələri tərəfindən hazırda Tovuz rayonunda müvafiq müayinələr aparılır və qiymətləndirilmə nəticələri əsasında tədbirlər planı hazırlanaraq ölkə başçısına təqdim olunacaq. Düşmən təxribatına layiqli cavab verilməsinin cəmiyyətdə ruh yüksəkliyi yaratdığını vurğulayan Ə.Vəliyev Azərbaycan Respublikası Prezidentinin çağırışı ilə bir həftə ərzində 50 mindən çox Azərbaycan gəncinin könüllü olaraq Vətəni qorumaq üçün qeydiyyata alındığını, bununla belə Silahlı Qüvvələrimizin tam komplektləşdirildiyini və bu gün əlavə canlı qüvvəyə ehtiyac olmadığını bildirib.

Beynəlxalq miqyasda Azərbaycanın nüfuzunun artmasına diqqəti yönəldən Ə.Vəliyev bir neçə beynəlxalq təşkilatın – 120 ölkədən ibarət Qoşulmama Hərəkatının, 57 ölkədən ibarət İslam Əməkdaşlıq Təşkilatının, 5 ölkədən ibarət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının açıq şəkildə Azərbaycanı dəstəklədiyini, Ermənistanın çıxılmaz vəziyyətdə müraciət etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının altı üzvündən dördünün sadalanan beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanın yanında olduğunu vurğulayıb. Ermənistan tərəfinin münaqişənin sülh yolu ilə həllində daim qeyri-adekvat mövqe göstərərək əsassız şərtlər irəli sürdüyünü qeyd edən PA-nın şöbə müdiri erməni silahlı qüvvələrinin işğal edilmiş bütün torpaqlardan çıxarılaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin və vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmalarının məsələnin həllində Azərbaycan Respublikası Prezidentinin yeganə şərti olduğunu bildirib.

 

Ermənistanın son təxribatları ilə əlaqədar 47 siyasi partiyanın milli həmrəyliyə dair bəyanat verməsinin xüsusi əhəmiyyətini diqqətə çatdıran A.Mollazadə Azərbaycanın siyasi partiyalarının mütləq əksəriyyətinin Azərbaycan Respublikası Prezidentinin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni təxribatının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyini ifadə edib.

Partiya sədri Amerika Birləşmiş Ştatları Konqresinin rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımasının, eləcə də torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiqləməsinin erməni lobbisinə böyük bir zərbə olduğunu diqqətə çatdırıb. Görüşdə koronavirus infeksiyasının qarşısının alınmasında dövlət tərəfindən görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla yanaşı, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nəticəsində sosial layihələrin təxirəsalınmadan həyata keçirilməsi, iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq dəstək paketinin qəbul edilməsi diqqətə çatdırılıb. Sonda bir daha milli maraqlar naminə ölkə daxilində və xaricində düşmənə qarşı mübarizənin tək cəbhədə aparılmasının önəmi vurğulanaraq həm siyasi partiya rəhbərlərinin həmrəyliyi, həm də azərbaycanlıların dünyanın müxtəlif yerlərində birgə nümayişlər keçirməsi müsbət qiymətləndirilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Prezident təməlqoyma mərasiminə qatıldı 19 Sentyabr 2020, 12:48 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13 Bir şəklin tarixçəsi: Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi? 19 Sentyabr 2020, 11:01 Naqif Həmzəyev seçiciləri qəbul edib - FOTOLAR 19 Sentyabr 2020, 11:00 "Telegram"ın işində qüsurlar yaranıb 19 Sentyabr 2020, 10:44 ABŞ qoşunları Yaxın Şərqi tərk edir 19 Sentyabr 2020, 10:26 Azərbaycan bostan bitkilərini ən çox bu ölkələrə satır 19 Sentyabr 2020, 10:16 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 19 Sentyabr 2020, 09:54 Cəbhədə GƏRGİNLİK - Ermənilər Tovuzu snayper atəşinə tutdu 19 Sentyabr 2020, 09:31 Ali Məhkəmənin ən yaşlı üzvü vəfat etdi   19 Sentyabr 2020, 09:15 Millət vəkili Ağdaş rayonuna səfər etdi 19 Sentyabr 2020, 09:08 Qvatemala prezidenti koronavirusa yoluxub 19 Sentyabr 2020, 09:00 2022-ci il dünya çempionatının formatı dəyişdirilə bilər 19 Sentyabr 2020, 00:53