Arxiv
5 Avqust 2020, 09:30 | AKTUAL
Pandemiyanın gömrük keçid məntəqələrində yaratdığı vəziyyət müzakirə olundu

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Dövlət Gömrük Komitəsi arasında Əməkdaşlıq Şurasının video formatda növbəti iclası keçirilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, iclasa ASK-nın vitse-prezidenti Vüqar Abbasov və DGK sədrinin birinci müavini İsmayıl Hüseynov sədrlik edib.

Əməkdaşlıq Şurasına üzv olan tanınmış şirkətlərin rəhbərləri və Dövlət Gömrük Komitəsinin baş idarə rəislərinin qatıldığı iclasda DGK sədrinin birinci müavini İsmayıl Hüseynov COVİD-19 pandemiyasının gömrük keçid məntəqələrində yaratdığı vəziyyətlə bağlı iştirakçılara məlumat verərək, dövlət başçısının rəhbərliyi ilə ticarət–təchizat zəncirinin davamlılığının və təhlükəsizliyinin təmin olunması, ölkənin ixrac və tranzit potensialının qorunub saxlanılması məqsədilə bütün zəruri dəstək tədbirlərinin görüldüyünü və hazırda sanitar epidemioloji vəziyyətin tam nəzarətdə saxlanıldığını qeyd etmişdir. İ.Hüseynovun sözlərinə görə, ötən müddətdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və yüklərin rahat hərəkəti üçün keçid məntəqələrində lazımi şərait yaradılıb.

Ölkə prezidentinin sahibkarlara dəstəyinin və diqqətinin təzahürü olan gömrük sahəsində prosedurların asanlaşdırılması və şəffaflığın təmin olunması istiqamətində işlərin bundan sonra da davam edəcəyini vurğulayan İsmayıl Hüseynov biznes mühitinin inkişafına, gömrük xidmətlərinin sadələşdirilməsinə və tamamilə elektronlaşdırılmasına töhfə verəcək innovativ layihələrin hazırlandığını və tezliklə “Yaşıl Dəhliz” sisteminin daha da təkmilləşdirilməsini açıqlayıb.

ASK-nın vitse-prezidenti Vüqar Abbasov son bir ildə gömrük sistemində həyata keçirilən islahatların biznesin inkişafına ciddi dəstək verdiyini vurğulayıb. “Yaşıl Dəhliz” sisteminin sahibkarlar üçün yaratdığı rahatlıq və şəffaflıqla bağlı atılan addımları xüsusi qeyd edən V.Abbasov gömrük prosedurlarında sahibkarları narahat edən bəzi məsələləri diqqətə çatdırıb.

Sahibkarlardan - “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Savaş Uzan inspektorların sahə üzrə mütəxəssiləşməsini (gömrük rəsmiləşdirilməsini yalnız müəyyən mal seqmentləri üzrə aparılmasını) təklif etmişdir. Onun sözlərinə görə, eyni malların təkrar ekspertizaya göndərilməsi yüklərin gecikməsinə səbəb olur. “Veysəloğlu” Şirkətlər Qrupunun Biznesə dəstək üzrə Baş direktoru İlqar Nuri ƏDV-nin tutulmasındakı mövcud prosedur ilə bağlı təkliflərini səsləndirib.

“Karantin müddətində Azərbaycanda heç bir məhsulun qıtlığı müşahidə olunmadı. Bu məsələdə sahibkarlarla yanaşı, Dövlət Gömrük Komitəsinin də böyük əməyi olmuşdur. Gərgin iş rejimindəki fəaliyyətinizə görə Sizə təşəkkür edirik”, - deyən İ.Nuri malların gömrük dəyərinin müəyyən edilməsindəki yubanmalarla bağlı bir neçə məsəyə toxunmuşdur. Bundan başqa, “Helmann” MMC-nin icraçı direktoru Kamran Həbibov ehtiyat hissələrinin dəyişdirilməsinə qarantiyası olan malların dəyişdirilməsi üzrə gömrük prosedurunun təkmilləşdirilməsi, malların müvəqqəti saxlanca verilməsi, investisiya təşviqi sənədi almış layihələr üzrə ölkəyə gətirilən malların bəzilərində yaranan çətinliklər barədə Əməkdaşlıq Şurasının üzvlərinə məlumat verib.

Qaldırılan məsələlər və verilən təkliflərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

DGK sədrinin müavini Cavad Qasımov sahibkarların səsləndirdiyi fikirlərlə və təkliflərlə bağlı aparılan müzakirələr zamanı qərarların icrası prosesinin izlənməsinin vacibliyini vurğulayıb.

“Məcburi qərarlar sistemi qurulur və ölkəyə gələn mallar üzrə ekspertizanın cavabları sistemləşdiriləcək, nəticədə bu məsələlər aradan qaldırılacaq”,-deyən C.Qasımov sahibkarları narahat edən bütün məsələlər üzrə öz fikrini bildirmiş və bu cür görüşlərin ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyəti olduğunu qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52 Bakı və Abşeronda ağacların quruma səbəbi araşdırılır - İşçi Qrup yaradıldı   23 Sentyabr 2020, 17:46 Rusiya Avropa Birliyinə qarşı sanksiya tbiq etdi 23 Sentyabr 2020, 17:40 Sərdar Cəlaloğlu özünə müavinlər TƏYİN ETDİ 23 Sentyabr 2020, 17:34 Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından 3 medal qazandı 23 Sentyabr 2020, 17:28 Azərbaycanın 3 şəhəri UNESCO-nun şəbəkəsinə üzv seçildi 23 Sentyabr 2020, 17:23 Azərbaycanda virusa yoluxma sayı yenidən üçrəqəmli oldu - 2 ölüm 23 Sentyabr 2020, 17:17 Dolların sabaha olan məzənnəsi 23 Sentyabr 2020, 17:12 Vyaçeslav Volodin: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” 23 Sentyabr 2020, 17:06 Malik Həsənov: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhlükədir 23 Sentyabr 2020, 17:00 Baş Prokuror İsmət Qayıbovun oğlunu qəbula çağırdı - VİDEO 23 Sentyabr 2020, 16:54 Ramin Bayramlı: “Koronavirusla bağlı vaksinasiya könüllü olacaq” 23 Sentyabr 2020, 16:48 Heydər Əliyev Fondundan Bəhram Bağırzadə, Yalçın Rzazadə və Oqtay Gülalıyevin müalicəsilə bağlı açıqlama 23 Sentyabr 2020, 16:42 Daha bir futbolçu “Barselona”nı tərk etdi 23 Sentyabr 2020, 16:36 Prezidentlə birinci xanım Balaxanıda - VİDEO 23 Sentyabr 2020, 16:30 Razi Nurullayev özünə yeni müavin təyin etdi 23 Sentyabr 2020, 16:25 Prezident: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır” 23 Sentyabr 2020, 16:19 “İlham Əliyevin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır” – Ermənistan müxalifəti 23 Sentyabr 2020, 16:13 Çimərliklərlə bağlı portalın işi dayandırıldı 23 Sentyabr 2020, 16:12