Modern.az

TƏBİB jurnalist Əmrah Fəqanoğlu ilə bağlı məsələni araşdırır

TƏBİB jurnalist Əmrah Fəqanoğlu ilə bağlı məsələni araşdırır

Media

5 Avqust 2020, 15:42

Mərhum jurnalist Əmrah Fəqanoğlunun mobil telefonu müalicə aldığı xəstəxanada itib. Modern.az-ın məlumatına görə, bunu onun oğlu Kənan Əmrahoğlu jurnaslitin sosial şəbəkə hesabında ictimailəşdirib.

 

“Hörmətli dostlar. Çox xahiş edirəm xəbərin ictimailəşməsinə və bu məsələnin həll olmasında mənə kömək olardınız.
17 iyul 2020 ci il tarixdən 28 iyul 2020 ci il tarixə qədər özünə təhvil verdiyim Əmrah Fəqanoğluna məxsus olan telefon müalicə aldığı "Yeni Klinika" tərəfindən ailəsi və yaxınlarına təhvil verilməyib və oğurlanıb,itib adı altında məlumat verilib. Bu cür məsuliyyətsizlik və mənəvi dəyəri olan şəxsi əşyanın qaytarılmaması yolverilməzdir”.

 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, məsələdən məlumatlıdırlar.

 

  1. Əliyeva deyib ki, xəstəxanaya girişdə xəstələrin şəxsi əşyaları siyahıya alınır:

“Klinikadan verilən məlumata görə, həmin siyahıda mərhumun şəxsi əşyaları arasında telefon olmayıb. Daha sonradan pasiyentə ailəsi tərəfindən hər hansı şəxsi əşyaları gətirilmə ehtimalı var, hansı ki, hansısa personal tərəfindən içəri keçirilə bilərdi. Bununla bağlı da Klinika araşdırma aparır”.

TƏBİB rəsmisinin sözlərinə görə, bu barədə klinikanın rəhbərliyinə də məlumat verilib:

“Hazırda məsələ araşdırılır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir