Modern.az

“Məhbuslar koronavirusla bağlı kurslara cəlb olunub” – Nazirlik

“Məhbuslar koronavirusla bağlı kurslara cəlb olunub” – Nazirlik

Aktual

7 Avqust 2020, 11:53

Pandemiya dövründə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov deyib.

İ.Qurbanov qeyd edib ki, Tədbilrə Planına uyğun olaraq,  bütün müəssisələr üzrə sanitar-mühafizə postları qurulub:

 

“Hər bir müəssisədə infeksiyaya nəzarət üçün bütün maddi-texniki baza yaradılıb. Bu hazırkı dövrdə də davam etdirilir. Penitensiar müəssisələrə daxil olan bütün avtomobillərin dezinfeksiyası aparılır, eyni zamanda məhbusların arasında tibbi maska taxmaq və sosial məsafə saxlamaqla bağlı maarifləndirici işlər aparılır. Bununla bağlı mütəxəssislər ayrılıb, həmin mütəxəssislər müxtəlif kurslar keçiblər”.

 

Onun sözlərinə görə, hazırda əsas işimiz hazırda infeksiyaların aşkarlanmasına, kontaktların nəzarətdə saxlanılmasına və müalicənin həyata keçirilməsinə yönəlib:

“İnfeksiyanın aşkarlanması üçün əməkdaşlar müəyyənləşib və onlara yaxmanı götürmək və laborator müayinəyə göndərmək üçün biliklər aşılanıb. Demək olar bütün penitensiar müəssisələrdə epidemioloji olaraq gərgin mühit yoxdur, infeksiyaya nəzarət tədbirləri davam etdirilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı