Modern.az

Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi

Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi

7 Avqust 2020, 17:01

Bildiyimiz kimi son günlərdə Ermənistan tərəfinin cəbhədə törətdikləri təxribatlarla yanaşı həmvətənlərimizin ABŞ və Avropada ölkəmizə və ordumuza dəstək mitinqləri zamanı da düşmən tərəfindən ciddi təxribat törədilmişdir. Ermənistan tərəfinin bu dəfə həyata keçirdiyi şovinist siyasəti artıq Avropa və Amerika Birləşmiş Ştatlarıda daxil olmaqla bütün dünya ictimaiyyəti bir daha halı oldu. Baş verənlərin fonunda beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, Ermənistanın təcavüzü və törətdiyi təxribata qarşı kəskin mövqe ortaya qoydular.

 

Baş verənlərin fonunda 1 avqust tarixində Amerika Birləşmiş Ştatlarında keçirilən UFC döyüşü zamanı erməni əsilli idmançının qondarma Dağlıq Qarabağın bayrağından istifadə etməsi yol verilməz hal idi. Bu səbəbdən də, Milli Məclisin Sədr müavini, Gənclər və İdman Komitəsinin sədri olaraq baş vermiş xoşagəlməz halla əlaqədar dərhal UFC-nin prezidenti Dana Vayta və təşkilatın Amerika Birləşmiş Ştatlarının Nevada ştatında yerləşən baş ofisinə müraciət etdi.

Müraciət məktubunda bildirilir ki, ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinə, o cümlədən məşhur Birinci Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib və bundan əlavə Avro-2020-nin bir neçə oyununa da ev sahibliyi edəcək.

 

Geniş miqyaslı idman tədbirlərin əhəmiyyəti Azərbaycanı yalnız beynəlxalq səviyyədə  sürətlə inkişaf edən bir ölkə kimi göstərməsi və bu şəkildə cəmiyyətdə milli şüurun artmasına xidmət etməsi deyil, eyni zamanda da Azərbaycan xalqının rəqabətqabiliyyətli idman oyunlarına tələb və marağını nümayiş etməsidir.

Ultimate Fighting çempionatı, azərbaycanlılar üçün böyük maraq doğuran idman yarışlarından biridir. Yarandığı gündən bəri UFC hər zaman beynəlxalq və multikultural dəyərlərə ciddi hörmət və diqqət göstərmişdir, buna görə də 1 Avqust şousu zamanı baş vermiş hadisə bizi məyus etdi.

Ümumiyyətlə razılaşdırıldığı kimi, UFC də daxil olmaqla idman tədbirlərində iştirak edənlər bunu beynəlxalq səviyyədə tanınan suveren dövlət bayraqları altında etməlidirlər. Yuxarıda göstərilən UFC döyüşçüsü, beynəlxalq səviyyədə Azərbaycan Respublikasının bir hissəsi kimi tanınan bir ərazinin bayrağını qaldıraraq bu siyasəti pozdu. Bu ərazi 1990-cı illərdə erməni silahlı qüvvələri tərəfindən zorla işğal edilmiş, Ermənistan Respublikasının bu təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20% -i işğal edilmiş, 1 milyon dinc sakin qaçqın və məcburi köçkünə çevrilmiş və əlavə olaraq minlərlə Azərbaycan vətəndaşları etnik təmizləmə aktı ilə vəhşicəsinə qətlə yetirilmişdir.

Məlum məsələdir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını tənqid edən və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını,məcburi köçkün azərbaycanlıların evlərinə qayıtmasını tələb edən dörd qətnamə (822, 853, 874 və 884) qəbul etmişdir.  Təəssüf ki, bu qətnamələr Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilmir və bu təcavüzkar ölkə təxribatlara davam edir.

 

12 iyul 2020-ci ildən başlayaraq Ermənistan bir neçə kənd də daxil olmaqla Azərbaycanla sərhəd boyunca ərazini atəşə tutmaq üçün iri çaplı silahlardan və artilleriyadan istifadə etdi. Bu təxribat aktı zamanı təkcə hərbçilər deyil, dinc əhali də böyük kalibrli silahların hədəfinə çevriliblər. Nəticədə 11 azərbaycanlı hərbçi və bir dinc sakini həyatını itirdi, bir sıra mülki tikililər və infrastruktur ciddi ziyan gördü.

Artıq deyildiyi kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsi olan Dağlıq Qarabağın işğalı Ermənistan dövlətinin qonşusuna qarşı terrorizmini nümayiş etdirir.

Aydındır ki, sərhədlərimizdə baş verən erməni təcavüzü Azərbaycan xalqı üçün dəhşətli bir təcrübədir, lakin bu kifayət etmədiyi kimi, ABŞ-da, xüsusən də Los-Ancelesdə və digər ölkələrdə yaşayan dinc vətəndaşlarımız ermənilərin hücumları və qəddarlıqları ilə üzləşməli oldular . Bu hücumlar bir neçə azərbaycan vətəndaşının və polisin ermənilər tərəfindən döyülməsi ilə nəticələndi və hazırda Los Angeles Polis İdarəsi təcavüzkarları dindirərək hadisəni araşdırır.

 

Buna görə də əsrlər boyu həmişə Azərbaycanın ərazisi olan və indi də mövcud olan Dağlıq Qarabağın qondarma bayrağının şahidi olmaq bütün dünyada 50 milyonluq Azərbaycan xalqını çox incidir. UFC-də xalqımıza qarşı başqa bir münaqişə və ya təcavüzlə qarşılaşmaq istəmirik. Həmrəylik və dostluq idman oyunlarında geniş yayılmış bir amildir, amma biz hamımız erməni xalqının bu hadisədən sui-istifadə etmək istədiklərinin  şahidi olduq. Bu müraciətin məqsədi diqqətinizi Ermənistanın hiyləgər mahiyyəti ilə bağlı həqiqətlərə və faktlara və iştirak etdikləri hər yerə mənəvi və maddi məhv etmək potensialına yönəltməkdir.

Şübhə etmirik ki, beynəlxalq hüquqa və milli dəyərlərə olan hörmətiniz bu hadisənin həllini tapacaq və gələcəkdə heç bir oxşar hadisənin baş verməsinə imkan verməyəcəksiniz.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı