Modern.az

Rayonlara gediş-gəliş nə zaman bərpa olunur? – Prezidentin köməkçisi AÇIQLADI

Rayonlara gediş-gəliş nə zaman bərpa olunur? – Prezidentin köməkçisi AÇIQLADI

8 Avqust 2020, 11:27

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov rayonlara gediş-gəlişin bərpasından danışıb.

 

Modern.az xəbər verir ki, kafe və restoranların açılışından 1 həftə sonra Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını müzakirə edəcək:

"Bu barədə konkret qərar qəbul edilməyib. Hər şey bizim qaydalara riayət etməyimizdən asılı olacaq. Qaydalara əməl olunmasa, yoluxma artsa, bu açılışlara gedə bilməyəcəyik və ertələməyə məcbur olacağıq"-deyə Şahmar Mövsümov deyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü