Modern.az

Müəllimliyə imtahan vermək istəyənlərin NƏZƏRİNƏ

Müəllimliyə imtahan vermək istəyənlərin NƏZƏRİNƏ

10 Avqust 2020, 11:57

Bu ilin avqust ayının 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, 14-17 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Həmin tarixlərdə fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir