Modern.az

Livan hökuməti tam tərkibdə istefaya getdi

Livan hökuməti tam tərkibdə istefaya getdi

Dünya

10 Avqust 2020, 20:14

Livan hökuməti tam tərkibdə istefaya gedib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livanın baş naziri Həsən Diyab bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir qeyd edib ki, hökumətin istefasını təqdim etmək üçün Livan prezidenti Mişel Aunla görüşəcək.

Qeyd edək ki, Beyrut limanında baş verən və azı 200 nəfərin ölümünə, 6 mindən artıq insanın yaralanmasına səbəb olan güclü partlayışdan sonra hökumət əlehinə kütləvi etiraz başlayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı