Arxiv
9 İyun 2012, 14:26 | İQTİSADİYYAT
Avropaya satılan qızlar, pornoqrafiyaya xərclənən pullar - Bunları bilirsinizmi?


Dünya insanlarını heyrətə gətirən reallıqlar... Bunlarla sizlər də tanış olun. Modern.az Türkiyə mətbuatına istinadən onlardan bəzilərini təqdim edir.

1. Kenyada bir ailənin gəlirinin üçdə biri rüşvətə gedir.

2. Makdonalds-ın qızıl kəmərini tanıyanların sayı xristianların xaçını tanıyanlardan daha çoxdur.

3. Hər gün dünya əhalisinin yeddidə biri, yəni 800 milyon insan ac qalır.

4. 150-dən çox ölkədə işgəncə var.

5. Dünyanın üçdə biri müharibə vəziyyətindədir.

6. Siqaret çəkənlərin 82 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

7. Bir yapon qadını orta hesabla 84, bir botsvanalı qadın isə sadəcə 39 il yaşayır.

8. Afrikada 30 milyon insan AİDS virusuna yoluxub.

9. Silahlı qarşıdurmaların dörddə biri təbii qaynaqları ələ keçirmək üçün həyata keçrilir.

10. ABŞ-da hər həftə orta hesabla 88 şagird sinifə silah gətirir.

11. Hər il 10 dil ölür.

12. Dünyada ən azı 300 min fikirdə xəyanət edən insan var.

13. İntihar edərək ölənlərin sayı müharibədə ölənlərdən daha çoxdur.

14. Hər il 2 milyon gənc qız və qadın dini nikaha girir.

15. Silahlı qarşıdurmalarda 300 min uşaq əsgər döyüşür.

16. ABŞ pornoqrafiyaya ildə 10 milyard dollar xərcləyir.

17. ABŞ hərbi xərclərə “quldur dövlət” adlandırdığı 7 ölkədən 33 dəfə çox pul ayırır.

18. Dünyada 27 milyon qul var.

19. Amerikalılar zibil qutusuna saatda 2.5 milyon plastik şüşə atır, yəni hər 3 həftədə Aya çıxmağa yetəcək uzunluqda şüşə yığılır.

20. Hər il 120 min qadın və ya gənc qız Qərbi Avropaya satılır.

21. Yoxsul ailələrin uşaqlarının psixoloji problem yaşamaq ehtimalı zəngin ailələrə görə 3 dəfə daha çoxdur.

22. Yeni Zenlandiyadan İngiltərəyə gətirilən bir kivi atmosferə öz ağırlığından 5 dəfə çox istixana qazı buraxır.

23. ABŞ-ın BMT-yə 1 milyard dollardan çox borcu var.

24. Rusiyada ildə 12 mindən çox qadın ailədaxili şiddət nəticəsində ölür.

25. İngilis süpermarketləri alıcıları barədə hökümətdən daha çox məlumatlıdırlar.

26. 15 yaşındakı ingilislərin yarısı narkotika istifadə edir, dörddə biri siqaret çəkir.

27. Dünyada piylənməyə məruz qalan insanların üçdə biri inkişaf etməkdə olan ölkələrdə yaşayır.

28. ABŞ və İngiltərə inkişaf etmiş ölkələr içərisindən ən çox erkən hamiləlik faizinə sahib ölkələrdəndir.

29. 2002-ci ildə edamların 81 faizi ABŞ, Çin və İranda həyata keçirilib.

30. ABŞ-da hər inək üçün gündəlik verilən 2.50 dollarlıq xərc Afrikanın 75 faizinin gündəlik dolanışığından daha çoxdur.

31. 70-dən çox ölkədə eyni cinsdən olan insanların əlaqə qurmaları qadağandır, 9 ölkədə isə bunun cəzası ölümdür.

32. Dünya əhalisinin beşdə biri gündəlik 1 dollardan az gəlirlə yaşayır.

34. Quru minaları saatda bir insanın ölməsinə və ya şikəst olmasına səbəb olur.

35. Hindistanda 44 milyon uşaq işçi var.

36. Sənayeləşmiş ölkələrdə insanlar gündə 6-7 kq suni maddə yeyir.

37. Dünyanın ən çox qazanan idmançısı qolfçu Tiger Vuds ildə 78 milyon dollar, yəni saniyədə 2.5 dollar qazanır.

38. Amerikalı 7 milyon qadın və 1 milyon kişi vaxtlı-vaxtında qidalana bilmir.

39. Vaşinqtondakı lobbi sənayesində 67 min kişi, hər seçilmiş konqres üzvi üçün 125 insan çalışır.

40. Motorlu nəqliyyat vasitələri dəqiqədə 2 insan öldürür.

41. Dünyadakı qeyri-qanuni narkotik bazarı 400 milyard dollardır.

42. Neft ehtiyatları 2040-ci ildə tükənə bilər.

 

Aytən ƏLİYEVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45 “Kimsə qapını camaatın üzünə bağlayıb...” - Məzahir Pənahov 19 Fevral 2020, 17:39 Prezident İlham Əliyev və Mehriban Əliyeva İtaliyada səfərdədir 19 Fevral 2020, 17:35 MSK Məlahət İbrahimqızının dairəsindən şikayətə BAXDI 19 Fevral 2020, 17:30 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM 19 Fevral 2020, 17:25 Cavid Osmanovun lider olduğu dairədə iki məntəqənin nəticəsi ləğv edildi 19 Fevral 2020, 17:21 Qidanın keyfiyyətini harada və necə yoxlatmalı? 19 Fevral 2020, 17:16 Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ 19 Fevral 2020, 17:00 Axşam Xətai rayonunda su olmayacaq 19 Fevral 2020, 16:53 "Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 MSK ittihamlara cavab verdi: “Bu hal ola bilməz” 19 Fevral 2020, 16:38 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36 11 məntəqə ləğv edildi, fərq isə belədir... 19 Fevral 2020, 15:06 Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:00 Bakı-Qazax yolunda raket tapılıb - FOTO 19 Fevral 2020, 14:54 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO 19 Fevral 2020, 14:42 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36 Azərbaycanın bu ərazisində təhlükəli xəstəliklər yayıldı 19 Fevral 2020, 14:30 Azərbaycanda uzunömürlülərin sayı AÇIQLANDI 19 Fevral 2020, 14:24 “Lionel Messi ilə bu mükafatı bölüşmək möhtəşəm hissdir” - Formula 1 üzrə dünya çempionu 19 Fevral 2020, 14:18