Arxiv
12 Avqust 2020, 16:45 | AKTUAL
İlham Zəkiyev sədr seçildi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini seçkiləri keçirilib.

 

Modern.az-ın məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin tələbləri nəzərə alınaraq onlayn formatda keçirilən iclasda AMADA-nın direktoru Şəfəq Hüseynli və komissiyanın bütün üzvləri iştirak edib.

 

İclasda çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, idmançıların hüquqlarının daha effektiv müdafiəsi və təmiz idmanın təşviqi baxımından komissiyanın aktiv fəaliyyəti vacibdir. Bunun üçün İdmançilar Məsləhətçi Komissiyasının əsasnaməsinə uyğun olaraq ilk növbədə komissiyanın sədr və sədr müavini seçilməlidir.

 

Sonra komissiya üzvləri tərəfindən sədrlik üçün komissiyanın üzvü, cüdoçu ikiqat paralimpiya çempionu İlham Zəkiyevin namizədliyi irəli sürülüb. Açıq səsvermə qaydasında keçirilən seçkidə komissiya üzvlərinin yekdil rəyi ilə İlham Zəkiyev İdmançılar Məsləhətçi Komissiyasının sədri seçilib.

 

Ona göstərilən etimada görə İ.Zəkiyev təşəkkürünü bildirib, sədr müavini vəzifəsinə isə sərbəst güləşçi, üçqat dünya çempionu, olimpiya oyunlarının bürünc medalçısı Hacı Əliyevin namizədliyi irəli sürülüb. Keçirilən səsvermədə bu təklif də yekdilliklə dəstəklənib və Hacı Əliyev İdmançılar Məsləhətçi Komissiyasının sədr müavini seçilib.

 

İclasda çıxış edən idmançılar bildirib ki, təmiz idmanın qorunması baxımından antidopinq sahəsində idmançıların öz hüquq və vəzifələrini bilməsi, habelə maarifləndirmə işlərində idmançıların aktiv iştirak etməsi vacibdir. Ona görə də İdmançılar Məsləhətçi Komissiyası məhz bu istiqamətdə fəal işləməli və AMADA-da idmançıları layiqincə təmsil etməlidir.

 

Qeyd edək ki, İdmançılar Məsləhətçi Komissiyası yanvarın 21-də təsis olunub. 12 üzv idmançıdan ibarət komissiyanın missiyası AMADA daxilində idmançıları təmsil etmək və idmançıların hüquqlarının müdafiəsi və təmiz idmanın təşviqi ilə bağlı AMADA-ya tövsiyələr verməkdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil nazirindən yeni TƏYİNATLAR 5 mart 2021, 11:53 YAP Siyasi Şuranın tanınmış üzvlərini qurultaya ÇAĞIRMAYIB 5 mart 2021, 11:50 Gözləyirdilər ki, bir səhv buraxım… 5 mart 2021, 11:47 Mübariz Mənsimovun məhkəməsi BAŞLADI 5 mart 2021, 11:43 Hikmət Hacıyev İsrail həkimlərinə təşəkkür etdi 5 mart 2021, 11:37 Novruz Aslanov seçiciləri qəbul edib - FOTOLAR 5 mart 2021, 11:31 Ötən gün Azərbaycanda 34 yanğın olub - 1 nəfər öülb 5 mart 2021, 11:26 Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfə verib 5 mart 2021, 11:20 Daha bir vəzifəli şəxsin işi məhkəməyə verildi 5 mart 2021, 11:15 İlham Əliyev YAP-ın qurultayında çıxış etdi 5 mart 2021, 11:10 Əfv Komissiyası sabah toplanır - daha 4 iclas qalıb - AÇIQLAMA 5 mart 2021, 11:04 Əşrəf Qənidən İlham Əliyevə təbrik: “Atanız da sizinlə fəxr edərdi” 5 mart 2021, 10:58 Ermənistanda daha 7 nəfər koronavirusdan öldü 5 mart 2021, 10:52 Ötən gün cinayət törədən 40 nəfər saxlanıldı 5 mart 2021, 10:46 Füzulinin Yuxarı Rəfədinli kəndi - VİDEO 5 mart 2021, 10:41 Fermerlər Goranboyda toplandı 5 mart 2021, 10:37 4 qazimiz sağalaraq Vətənə QAYITDI 5 mart 2021, 10:31 Azərbaycanda qarölçmə işlərinə başlanıldı 5 mart 2021, 10:25 Azərbaycanın Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında 5 mart 2021, 10:20 Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI 5 mart 2021, 10:17 BirKart sahibləri daha 20 AZN qazanacaqlar 5 mart 2021, 10:12 ABŞ Britaniya ilə Moskvaya yeni sanksiyalar HAZIRLAYIR 5 mart 2021, 10:06 Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə başladı 5 mart 2021, 10:00 Birgəyaşayışın azərbaycan modeli 5 mart 2021, 09:55 YAP-ın növbədənkənar qurultayı başlayır - FOTOLAR 5 mart 2021, 09:50 Kolleclərə qəbulla bağlı yeni model  - RƏSMİ  5 mart 2021, 09:45 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 5 mart 2021, 09:36 Manatın dollara qarşı məzənnəsi 5 mart 2021, 09:32 Hövsanda itkin düşən məktəbli qız tapıldı 5 mart 2021, 09:28 Binəqədidə köçkün yataqxanası yanıb 5 mart 2021, 09:26 Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir” 5 mart 2021, 09:22 Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq 5 mart 2021, 09:16 Azərbaycan nefti BAHALAŞDI 5 mart 2021, 09:10 Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI 5 mart 2021, 09:05