Modern.az

Bıçaqla özünü yaralayan 8 yaşlı uşaq öldü

Bıçaqla özünü yaralayan 8 yaşlı uşaq öldü

Aktual

13 Avqust 2020, 18:08

Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

 

Modern.az xəbər verir ki, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

 

Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

 

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma başlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır