Modern.az

Eldar Həsənova qarşı irəli sürülən ittiham məlum oldu - YENİLƏNİB

Eldar Həsənova qarşı irəli sürülən ittiham məlum oldu - YENİLƏNİB

14 Avqust 2020, 22:06

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri  Eldar Həsənova qarşı irəli sürülən ittiham məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə mediaya Eldar Həsənovun vəkili Adil İsmayılov açıqlama verib.

 

Vəkil bildirib ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətləribdən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1-ci (büdcə vəsaitlərini təyinatı üzrə xərcləməmə) maddələri ilə ittiham irəli sürülüb: "Eldar Həsənov məhkəmədə ittihamları qəbul etmədiyini bildirdi. Eldar Həsənov mətbuata açıqlama verilməməsini xahiş edib. Bildirdi ki, haqq-ədalət öz yerini tapacaq".


21:33

 

Səbail Rayon Məhkəməsində Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Modern.az xəbər verir ki, məhkəmənin qərarı ilə Eldar Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir