Modern.az

Yeni tədris ilində dərslər bu formalarda keçiriləcək - Nazirdən AÇIQLAMA

Yeni tədris ilində dərslər bu formalarda keçiriləcək - Nazirdən AÇIQLAMA

17 Avqust 2020, 15:06

Avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda dünyanı bürümüş COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.

 

Bildirilib ki, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib.

 

Onlayn çərçivədə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev çıxış edərək təhsil sahəsində koronovirus pandemiyası ilə əlaqədar yaranan problemlərdən çıxış yollarının müzakirəsinə həsr olunmuş bu tədbirə və məsələyə həssas yanaşmaya görə Milli Məclis rəhbərliyinə, deputatlara təşəkkürünü bildirib.

 

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Təhsil naziri Emin Əmrullayevə bu təşəbbüsə görə öz minnətdarlığını bildirib və Milli Məclisin Sədri Sahibə Qafarovanın nazir təyin olunması münasibəti ilə Emin Əmrullayevə təbriklərini çatdırıb, ona bu çətin və məsuliyyətli işində uğurlar arzulayıb.

 

Sonra nazir çıxışına davam edərək bildirib ki, hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir. Ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır.

 

Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVİD-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib.

 

Təhsilin adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib. Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirib.

 

Qeyd edilib ki, “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib.

Bildirilib ki, Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili, qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma endirilməsi üçün umumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının azaldılması kimi tədbirlər nəzərdə tutulur. Tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsəduyğun hesab edilir.

Komitə sədri Bəxtiyar Əliyev də çıxışında indiki məqamda qarışıq təhsil modelinin (onlayn və sinif otağında) daha məqsəduyğun olması ehtimalını dilə gətirib. O, 11 mart 2020-ci il tarixindən fəaliyyətə başlamış əksər fənlər üzrə ölkənin iki telekanalında dərslərin yayımının şagird və tələbələr üçün çox faydalı olduğunu və bunun davam etdirilməsinin zəruriliyini qeyd edib. Bəxtiyar Əliyev həmçinin ümumi təhsil, məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, peşə təhsili, məktəbəhazırlıq prosesinin davam etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.

Qeyd olunub ki, bəzi ümumi, ali və orta ixtisas təhsilinin müəyyən pillələrində distant təhsil forması mövcud proqramlara uyğun davam etdirilə bilər.

Onlayn konfransda millət vəkilləri İsa Həbibbəyli, Anar İsgəndərov, Musa Qasımlı, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Müşfiq Məmmədov, Şahin Seyidzadə, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, Fatma Yıldırım, Ülviyyə Ağayeva Təhsil İnstitutunun verdiyi təkliflərlə bağlı fikirlərini bildiriblər.

Onlayn tədbirin sonunda təhsil naziri Emın Əmrullayev və komitə sədri Bəxtiyar Əliyev millət vəkillərini maraqlandıran bəzi məqamlara aydınlıq gətiriblər.

 

****

10:56

Təhsil naziri Emin Əmrullayev Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri ilə görüşüb.

 

Modern.az  xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. 

 

Bildirib ki, əsas müzakirə mövzusu yeni tədris ilinə hazırlıqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi