Arxiv
28 Avqust 2020, 16:22 | AKTUAL
Xəzər rayonunda abadlıq və quruculuq işləri davam etdirilir - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda abadlıq və quruculuq işləri geniş vüsət alıb.

 

Modern.az xəbər verir ki, rayonda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir, irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmçinin, rayon ərazisində insanların arzu və istəkləri nəzərə alınaraq müasir tələblərə cavab verən yeni parklar, yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.

 

Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunda da bu istiqamətdə işlər uğurla davam etməkdədir.

 

Belə ki,  Xəzər rayonunun Mərdəkan qəsəbəsində aparılan abadlıq quruculuq işləri çərçivəsində hazırda qəsəbənin mərkəzi küçəsi olan Sergey Yesenin küçəsi memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.

 

Sözügedən küçədə yol boyu vətəndaşlara məxsus fərdi evlərin divarları, hasarları, darvazaları, ticarət və xidmət obyektlərinin fasadlarının təmirinə başlanılıb. Hazırda sözügedən küçədə işlər sürətlə davam edir.

 

Aparılan abadlıq işləri çərçivəsində sutkanın qaranlıq saatlarında küçələri işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün qəsəbənin “28 May”, “Qılman İlkin” və "Zeynalabdin Tağıyev" küçələrinin işıqlandırılması işlərinə başlanılıb. Hazırda qeyd olunan küçələrdə elektrik xətlərinin çəkilişi işlər aparılır.

 

Bundan əlavə ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə qəsəbə ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kollarının suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi və ətraf ərazidə təmizlik işləri aparılır.   

 

Rayonun Binə qəsəbəsinin Qəzənfər Musabəyov, M.Ə.Sabir və Dəmiryol küçələrində də bu istiqamətdə işlər davam etdirilir.

 

Belə ki, qəsəbənin Q.Musabəyov küçəsində olan fərdi evlərin, hasarların və darvazaların rənglənməsi işləri aparılır, eyni zamanda küçələrə 400 m asfalt örtüyü  salınmışdır. Bundan əlavə qəsəbənin Dəmiryol və M.Ə.Sabir küçələrində isə küçə işıqlarının çəkilişləri aparılır.

 

Eyni zamanda qəsəbənin Xəqani küçəsində də təmir işləri sürtlə davam edir. Belə ki, küçədə 3 yerdə yağış sularının yığılması üçün anbar qazılmış və drenaj sistemi qurulmuşdur. Uzunluğu 1.2 km olan küçədə hazırda asfaltlama işlərinə hazırlıq gedir.

 

Bütün bunlarla yanaşı qəsəbənin 2146-cı məhəllə üvanında yerləşən 2 ədəd beşmərtəbəli binada təmir işləri həyata keçirilir. 21 və 23 saylı binalarda blokların təmiri, binanın fasadının və dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulmuşdur.

 

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən cari ilin yanvar ayından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunun Zirə qəsəbəsi, Kanala paralel olan olan yeni yaşayış sahəsində,dəmir yolunun yanında, Hərbi şəhərciyin arxasından Zirə qəsəbəsinə gedən yolda və Nadir Hüseynov küçəsində  cəmi uzunluğu 8600 metr olan müasir standartlara cavab verən  avtomobil yolunun əsaslı təmiri və yenidənqurulması işləri başa çatdırılmışdır. Hal-hazırda  əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, Zirə qəsəbəsi Südçülük tərəvəzçilik sovxozu ərazisində də uzunluğu 3000 metr olan avtomobil yolunun yenidənqurulması işləri aparılır. Artıq bu günədək  yolun 1000 metrə yaxın olan hissəsində asfaltlanması işləri başa çatdırılıb.

 

Əlavə olaraq, hal-hazırda Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində yenidənqurulması nəzərdə tutulan 1700 metr uzunluğunda olan yolda yol əsasının tikintisi işləri aparılır.

 

Görülən işlərin davamı olaraq, Şağan qəsəbəsində də abadlıq-quruculuq işləri aparılır.

 

Belə ki, rayonunun Şağan qəsəbəsinin  abadlaşdırılması, yolların asfaltlanması və küçələrin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində yenidənqurma işləri aparılır. Qəsəbənin Məktəbli, N.Məmmədov, H.Xanızadə və Ş.İ.Xətai küçələrində ümumi görünüşünə xələl gətirən kommunikasiya xətləri nizamlanır, müvafiq yerlərdə yerüstü xətlər yerin altına salınır, işıq dirəkləri yeniləri ilə əvəz olunur, ətrafdakı hasarların, fərdi evlərin fasadlarında rənglənmə işləri görülür və sözügedən küçələrdə yeni asfaltlanma işləri görülmüşdür. 

 

Xəzər  Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Şüvəlan çimərliyində irimiqyaslı təmizlik aksiyası keçirilib.

 

Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

 

Sözügedən aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları və könüllü gəncləri, Xəzər Rayon Gənclər və İdman İdarəsinin kollektivi iştirak edib.

 

Xəzər rayon sakinləri rayonda gedən "tikinti-quruculuq və genişmiqiyaslı abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi 2 mart 2021, 01:00 Baş Qərargah Paşinyanı ittihamlara son qoymağa çağırdı 2 mart 2021, 00:47 Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi 2 mart 2021, 00:33 “Ağ Şəhər yalnız ağ adamlar üçün”dür? - Agentlikdən açıqlama 2 mart 2021, 00:19 Bu gün Od çərşənbəsidir 2 mart 2021, 00:05 İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində 1 mart 2021, 23:56 İnstaqramda yeni funksiya yaradılır 1 mart 2021, 23:41 Türkiyədə bir gündə 69 nəfər virusdan öldü 1 mart 2021, 23:27 Paytaxtda daha bir bıçaqlanma 1 mart 2021, 23:19 Bir başqa 26 fevral... 1 mart 2021, 23:11 “Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır” - Deputat 1 mart 2021, 23:03 Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH 1 mart 2021, 22:54 Ərdoğan ləğv olunan qadağaları açıqladı 1 mart 2021, 22:49 Bakıda yanğın - 25 nəfər təxliyə olundu 1 mart 2021, 22:35 Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO 1 mart 2021, 22:28 Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı 1 mart 2021, 22:15 Qasparyanın qızından Paşinyana cavab: “Fərari” 1 mart 2021, 22:01 Bakıda qadın bıçaqlandı 1 mart 2021, 21:47 “Qarabağ bəyanatına zidd hər hansı addım böyük faciəyə səbəb ola bilər” - Valentina Matviyenko 1 mart 2021, 21:33 Gürcüstan COVAX-ı məhkəməyə verə bilər 1 mart 2021, 21:18 Paşinyan ən böyük satqının adını AÇIQLADI 1 mart 2021, 21:04 BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalandı - FOTO 1 mart 2021, 20:53 Qazilərin müalicəsi üçün İsraildən həkim heyəti gəldi - FOTO 1 mart 2021, 20:45 Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq 1 mart 2021, 20:34 Sarkisyan ordunu hakimiyyətin üzərinə qaldırır - Paşinyandan eks-prezidentə ittiham 1 mart 2021, 20:25 Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı 1 mart 2021, 20:11 Vilayət Eyvazovdan yeni təyinat 1 mart 2021, 20:04 Azərbaycanda zəlzələ olub 1 mart 2021, 19:45 Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS 1 mart 2021, 19:37 Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib 1 mart 2021, 19:16 Paşinyan erməni xalqından ÜZR İSTƏDİ 1 mart 2021, 19:10 Soydaşlarımız Almaniya Bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb 1 mart 2021, 18:54 Prezident oğlunu işdən azad etdi 1 mart 2021, 18:51 Xocalı Soyqırımı dünya mediasında 1 mart 2021, 18:39 Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb 1 mart 2021, 18:36