Modern.az

Ölümcül qəza törədən Xalq artistinə HÖKM OXUNDU

Ölümcül qəza törədən Xalq artistinə HÖKM OXUNDU

Hadisə

8 Sentyabr 2020, 14:25

Rusiyanın Xalq artisti Mixail Yefremova hökm oxunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsi içkili halda qəza törədərək insan ölümünə səbəb olan aktyora 8 il iş kəsib.

 

“Mixail Yefremovun 4 uşaq atası olmasını, himayəsində azyaşlı körpənin olmasını, həmçinin, dövlət mükafatları almasını, xroniki xəstəliyi olmasını yüngülləşdirici hal kimi nəzərə alıb”.  

 

Xatırladaq ki, iyunun 8-də Mixail Yefremov içki halda sükan arxasına əyləşərək Jeep Grand Cherokee markalı avtomobillə yolun əks tərəfinə çıxaraq “Lada” markalı avtomobillə toqquşub. Nəticvədə “Lada”nın sürücüsü Sergey Zaxarov aldığı xəsarətlərdən xəstəxanada keçinmişdi.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir