Modern.az

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI

13 Sentyabr 2020, 20:03

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 751 nəfər test edilib.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 1 009 478  nəfər koronavirusa qarşı test edilib.

Son bir sutkada ölkədə  155  yeni yoluxma, 3 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 38 327  nəfər virusa yoluxub, 562  nəfər  ölüb, 35 756  nəfər isə sağalıb. Son sutka ərzində 149  nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı  2 009 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 117  nəfər müalicə alır, 11 nəfər isə süni tənəffüs cihazına qoşulub.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi