Arxiv
15 Sentyabr 2020, 11:52 | PARLAMENT
Həyatda olduğu kimi, böyük siyasətdə də qardaş və həqiqi dostların sayı çox olmur... - ÜLVİ QULİYEV

Modern.az Milli Məclisin deputatı Ülvi Quliyevlə müsahibəni təqdim edir.

 

Ermənistan KİV-lərində və internet portallarında  yayılan məlumatlar  göstərir ki, işğalçı qanunsuz məskunlaşdırma siyasətini Qarabağda davam etdirir, Suriyadan və Livandan olan etnik erməniləri Qarabağa yerləşdirir. Nüfuzlu ekspertlərimizdən bir qismi bunu ciddi proses kimi qəbul etməməyi tövsiyyə edir,sırf erməni təbliğatı ilə əlaqələndirirlər. Buna münasibətiniz?

 

- Bir var bəyanat, niyyəti özündə əks etdirən açıqlama,bir də var real addım və əməl.Yəni Ermənistanın bu gün yürütdüyü siyasət təkcə təbliğata hesablanmayıb,onun addımları faktiki olaraq Qarabağda demoqrafik vəziyyətin dəyişdirilməsi,ilhaq siyasətinin yeni müstəviyə keçirilməsi məqsədini güdür.İşğalçı bununla 1949-cu il Cenevrə Konvensiyasının və əlavə protokollarının tələblərini,Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən Roma Statutunun müddəalarını kobud şəkildə pozur,faktiki olaraq növbəti hərbi cinayətə imza atır.Konkret Ermənistan-Azərbaycan münaqişəsinə aid olan beynəlxalq-normativ aktlar da mövcuddur.Bunlar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 ,884 nömrəli qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının 62/243 nömrəli qətnaməsidir.Bu sənədin tələbinə görə,Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin olduğu kimi qalmasına hər hansı bir dövlətin  kömək, yardım göstərməsi qadağandır. Qətnamənin müəyyən etdiyi bu qadağaSuriya və Livan hökumətlərinin,dünya birliyinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin  diqqətinə bir daha çatdırılmalıdır.Ölkəmizə  qarşı müharibə informasiya və hərb sahəsində aparıldığı üçün,cavab tədbirlərimiz də hər iki sahədəparalel surətdə aparılır və onların  əhəmiyyətini kiçiltmək doğru deyil.

 

- ATƏT-in Minsk qrupunun həmsədrləri Parisdə apardıqları məsləhətləşmədən sonra növbəti bəyanatlarını yayıblar. Həmin bəyanatdan çıxarmalı olduğumuz  nəticə nədən ibarətdir?

 

- Sizin kimi mən də görmək istədiyimiz nəticənin axtarışındayam.Cəmiyyətimizin az da olsa mənəvi rahatlığını o təmin edərdi ki, N.Paşinyanın və Ermənistanın digər rəsmlərinin Qarabağa müntəzəm xarakter almış səfərlərinə, Suriya və Livandan olan etnik ermənilərin Qarabağa köçürülməsinə, işğalçının qanunsuz məskunlaşma siyasətinə həmsədrlər sərt etirazlarını bildirsinlər.Bəlkə bağlı qapılar arxasında bunu ediblər,bilinmir,bəyanatda bu haqda heç nə deyilmir. Görünən odur ki, həmsədrlər ATƏT-dəki mandatlarına uyğun olaraq münaqişənin dinc və hərtərəfli nizamlanmasına dair danışıqları davam etdirmək niyyətindədirlər, monitorinqin bərpası istiqamətində atılan addımları dəstəkləyirlər.Bəyanatdan anlaşılan odur ki,Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatına həmsədrlərin münasibətinin əsasında yenə də balanslı yanaşma dayanır . Bəyanatda bildirilir  ki, ”onlar tərəflərin mesajlarını və narahatlıqlarını diqqətlə nəzərdən keçirərək qiymətləndiriblər”. İşğalçı ilə işğala məruz qalan,təxribatçı ilə təxribata uğrayan tərəflər arasında qoyulan bərabərlik işarəsindən irəli gələn növbəti açıqlamanın şahidi olduq.Dediyim kimi, məsləhətləşmələr bağlı qapılar arxasında keçirildiyindən,fərqli mövqelər barədə konkret məlumatımız yoxdur...

 

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti cənab İlham Əliyevə Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə bağlı göndərdiyi təbrik məktubunda yer alan fikirlər isə aydın və konkret, cəmiyyətimizin görmək istədiyi ədalətli mövqenin təzahürüdür.Təbrikdə bu mövqe bir cümlədə belə ifadə olunur:”Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə,bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur”.Cəmiyyətimiz bəzən belə mövqeni daha çox ünvanlardan gözləyir.Ancaq normal həyatda olduğu kimi, böyük siyasətdə də qardaş və həqiqi dostların sayı çox olmur.Həyatdakı bu reallıqla barışdığımız kimi,siyasətdəolan həqiqətləri də dəqiq görüb yetərincə dəyərləndirməliyik. Allah Nuru Paşaya, Böyük Türk Dünyamızın bütün şəhidlərinə rəhmət eləsin.Əminəm ki,Dövlət Başçılarımızın qardaşlığı, tarixi bağlarımız ədalətin bərpasında həlledici sözünü mütləq deyəcək.Tarix təkrarlanmalıdır!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə əlaqədar əhaliyə müraciət 3 Avqust 2021, 18:11 Eldəniz Səlimov məhkəməyə gətirildi - FOTO (YENİLƏNİB) 3 Avqust 2021, 18:10 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10 Mübariz İbrahimov küçəsi təmir olundu - FOTOLAR 3 Avqust 2021, 17:04 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58 “Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52 Türkiyədə olan qüvvələrimizin fəaliyyəti yüksək qiymətləndirilir - FOTO 3 Avqust 2021, 16:46 Almeyda "Qarabağ"a qayıtdı 3 Avqust 2021, 16:40 Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə DƏSTƏK 3 Avqust 2021, 16:34 Təhsil nazirindən yeni TƏYİNAT 3 Avqust 2021, 16:28 Bakıda tiryəkxana aşkar edildi - 5 nəfər saxlanıldı 3 Avqust 2021, 16:22 Komitə sədri səfirlə görüşdü - FOTO 3 Avqust 2021, 16:16 Traktordan yanacaq oğurlayan şəxslər tutuldu 3 Avqust 2021, 16:10 ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı 3 Avqust 2021, 16:04 Vilayət Eyvazov sıra baxışı keçirdi 3 Avqust 2021, 15:58 Külə dönən meşələr: Dünyanın ən dəhşətli yanğınları - FOTOLAR 3 Avqust 2021, 15:52 DOST Mərkəzlərinin rayonlarda filalları yaradılacaq 3 Avqust 2021, 15:46 Orta məktəbdən oğurluq edildi 3 Avqust 2021, 15:40 Erməniyə qalib gələn güləşçimizin FOTOLARI 3 Avqust 2021, 15:34 “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatdı 3 Avqust 2021, 15:28 Meşədə narkotik becərənlər “iş başında” yaxalandı - FOTO 3 Avqust 2021, 15:22 Müsavatçının oğlu sərbəst buraxıldı 3 Avqust 2021, 15:16 Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib 3 Avqust 2021, 15:10 Agentlikdən xəbərdarlıq - Tərəvəz məhsulları arasında təhlükəli virus yayılır 3 Avqust 2021, 15:04