Arxiv
15 Sentyabr 2020, 18:56 | AKTUAL
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirildi

Bu gün Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib.

 

Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşıb. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir. Komissiya sədri vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir.

 

İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib.

 

İclasda yerli icra hakimiyyəti orqanlarında korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlı aparılan ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri barədə məruzələr dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.

 

Bundan əlavə, iclasda Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər həll edilib, yeni katib təyin olunub, Komissiya yanında 3 işçi qrupun (Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrup, Təhsil və maarifləndirmə ilə bağlı İşçi Qrup, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı İşçi Qrup) formalaşdırılması qərara alınıb.

 

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib, bu əməkdaşlığın əhəmiyyəti nəzərə alınmaqla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində keçirilən tədbirlərdə, habelə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətlərinin tərkibi təsdiq edilib.

 

İclasda çıxış edən Komissiya üzvləri qanunun aliliyinin və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması məqsədilə açıqlıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Vətəndaşlara dövlət xidmətlərinin korrupsiya hallarını istisna edən şəraitdə, operativ və resurslara qənaət etməklə göstərilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə və innovativ həllərin tətbiqinin genişləndirilməsi zərurəti qeyd edilib. İctimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması məsələsinə baxılıb. Qanunvericiliyin təkmilləşdirilməsi üçün zəruri olan istiqamətlər qeyd edilib, habelə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44 Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38 Nazirliyin 25 əməkdaşı COVID-19-a yoluxdu - 1 nəfər öldü 25 Sentyabr 2020, 16:33 AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək göstərilib 25 Sentyabr 2020, 16:27 Daha iki sinif distant təhsilə keçdi 25 Sentyabr 2020, 16:22 Putin hərbi təlimlərə helikopterdə gəldi 25 Sentyabr 2020, 16:16 Bakının bu rayonlarında su olmayacaq 25 Sentyabr 2020, 16:10 Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru - FOTO 25 Sentyabr 2020, 16:05 Azərbaycanlı deputat: “Gürcüstanın səfiri ilə tez-tez görüşürük” 25 Sentyabr 2020, 16:00 Daha 13 şagirddə koronavirus tapıldı – RƏSMİ 25 Sentyabr 2020, 15:54 Azərbaycanın 10 milyonuncu adamı FOTOLARDA 25 Sentyabr 2020, 15:49 Bakıda bu ünvanda yeni səki istifadə verildi - FOTOLAR 25 Sentyabr 2020, 15:44 Beynəlxalq təşkilatlar etiraz etmir: torpaqlarımızın azad edilməsini özümüz tezləşdirməliyik   25 Sentyabr 2020, 15:40 Azərbaycanda virusa yoluxma yenidən azaldı - 2 nəfər öldü 25 Sentyabr 2020, 15:35 Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla  tələbə oldu - Direktor danışır 25 Sentyabr 2020, 15:32 Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı 25 Sentyabr 2020, 15:26 Lukaşenkonu təbrik edən yeganə prezident... 25 Sentyabr 2020, 15:21 Azərbaycanın ən gənc tələbəsi: “Orta məktəbə 4 yaşında getmişəm...” 25 Sentyabr 2020, 15:16 Tanınmış teleaparıcı yenidən efirə qayıtdı 25 Sentyabr 2020, 15:10