Arxiv
16 Sentyabr 2020, 15:46 | QARABAĞ
Erməni təxribatlarının qarşısı dərhal alınsın! - Nazir ƏMR ETDİ

Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb.

Modern.az xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb.

Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.

Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib.

Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran Müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan hərbi vəziyyət və səfərbərlik elan etməyə HAZIRLAŞIR 27 Sentyabr 2020, 12:23 Müdafiə Nazirliyi: “Cəbhə boyu şiddətli döyüşlər gedir” 27 Sentyabr 2020, 12:20 Türkiyə XİN: “Qardaş Azərbaycana dəstəyimiz tamdır” 27 Sentyabr 2020, 12:17 Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb - SİYAHI 27 Sentyabr 2020, 12:12 Millimizin futbolçusu ABŞ-da 11-ci qolunu vurdu 27 Sentyabr 2020, 12:12 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 27 Sentyabr 2020, 12:09 İlham Əliyev: “Biz zəfər çalacağıq!” 27 Sentyabr 2020, 12:08 Azərbaycandan beynəlxalq təşkilatlara, ABŞ, Rusiya, Fransa rəhbərlərinə MÜRACİƏT 27 Sentyabr 2020, 12:03 Ermənilər qocaları döyüşə çağırır - Düşmən qorxuda 27 Sentyabr 2020, 11:58 Moskva Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI 27 Sentyabr 2020, 11:54 David Tonoyan ölkədən qaçıb?  27 Sentyabr 2020, 11:36 Azərbaycan Prezidentinin xalqa müraciəti  27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37