Modern.az

Bu ölkə Azərbaycan vətəndaşlarından virus testi TƏLƏB ETMƏYƏCƏK

Bu ölkə Azərbaycan vətəndaşlarından virus testi TƏLƏB ETMƏYƏCƏK

18 Sentyabr 2020, 15:42

Qazaxıstan təyyarə reysləri ilə xaricdən gələn vətəndaşlarla bağlı bəzi qaydaları dəyişib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qərara əsasən, 1-ci kateqoriyaya aid 12 ölkə - Azərbaycan, Belarus, Almaniya, Sinqapur, Cənubi Koreya, Misir, Honqkonq, Malaziya, Monqolustan, Tailand və Çin vətəndaşlarından koronavirus testi tələb olunmayacaq. Bu ölkələrin vətəndaşları yalnız anket dolduracaq və termometrlə onların bədən temperaturu ölçüləcək.

 

Qazaxıstan hökuməti daha 21 ölkəni isə 2-ci kateqoriyaya aid edib. Bu ölkələrin vətəndaşları bütün digər tələblərlə yanaşı, mənfi koronavirus testi cavablarını təqdim etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür