Arxiv
18 Sentyabr 2020, 17:35 | AKTUAL
Siyavuş Novruzov iclas keçirdi

Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, komitə sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq. İclasın əvvəlində deputatlar komitənin üzvü olmuş mərhum Fəttah Heydərovun xatirəsini bir dəqiqəlik sükutla anıblar. Sonra gündəlikdəki məsələlərə baxılıb. Komitə sədri bildirib ki, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitə tərəfindən 9 iclas keçirilib, 19 məsələ müzakirə olunub.


Bələdiyyələrin fəaliyyətinə dair, digər məsələlərlə bağlı bir sıra qanunlara baxılıb. Bunlardan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi ilə bağlı məsələlər xüsusi qeyd edilib. Komitədə baxılan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib və Milli Məclis tərəfindən qəbul olunub.

Komitə sədri deyib ki, pandemiyaya baxmayaraq, deputatlar regionlarda seçicilərlə mütəmadi görüşlər keçirib, vətəndaşlara hərtərəfli diqqət və qayğı göstəriblər. Siyavuş Novruzov diqqətə çatdırıb ki, hesabat dövründə komitəyə 700-dən artıq müraciət daxil olub. Hər bir müraciət araşdırılıb və həll edilməsi üçün aidiyyəti qurumlara göndərilib. Bildirilib ki, bir yenilik olaraq, hər bir komitə üzvünün yerlərdə gördüyü işlər barədə məlumatlar toplanıb və ümumi hesabata daxil edilib. Sonra komitənin payız sessiyası üçün iş planı barədə məlumat verilib.

Bildirilib ki, bu sessiyada Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə, Azərbaycan Respublikasının mövcud qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında, habelə Regional məsələlər komitəsi üzvlərinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrə baxılması nəzərdə tutulub. Sonra komitə üzvləri Nizami Cəfərov, Səttar Möhbalıyev, Aqil Məmmədov, Məzahir Əfəndiyev, Kamran Bayramov, Cavid Osmanov çıxış edərək 2020-ci il yaz və növbədənkənar sessiyalar ərzində təmsil etdikləri bölgələrdə seçicilərlə keçirdikləri görüşlər, vətəndaşların qaldırdıqları məsələlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər. Millət vəkilləri ölkənin ictimai-siyasi həyatında baş verən son hadisələr, o cümlədən Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribatla bağlı öz fikirlərini açıqlayıblar. Tədbirdə iştirak edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim komitə ilə şöbə arasında qanunvericilik sahəsində əməkdaşlıq barədə fikirlərini bölüşüb. İclasda komitənin 2020-ci il yaz və növbədənkənar sessiyalarında fəaliyyəti müsbət qiymətləndirilib, payız sessiyanın iş planı təsdiqlənib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazax şairlərdən Azərbaycana DƏSTƏK 25 Oktyabr 2020, 02:09 Vətən, Toyun Mübarək! 25 Oktyabr 2020, 01:50 Həbib ABŞ təmsilçisinə qalib gəldi 25 Oktyabr 2020, 01:04 “Tramp adlı oğlana səs verdim” - ABŞ prezidenti 25 Oktyabr 2020, 01:00 “Əl-Qaidə”nin önəmli şəxsi zərərsizləşdirildi 25 Oktyabr 2020, 00:53 Türkiyədə son sutkada 69 nəfər COVID-19-un qurbanı oldu 25 Oktyabr 2020, 00:40 Moskvada daha 68 nəfər koronavirusdan öldü 25 Oktyabr 2020, 00:33 Avropanın tənəzzülü yaxınlaşıb - Ərdoğan 25 Oktyabr 2020, 00:28 Gözün aydın, AZƏRBAYCAN! 25 Oktyabr 2020, 00:16 “Bayraktar” PUA-sının yaradıcısından Azərbaycan paylaşımı - FOTO 25 Oktyabr 2020, 00:09 Cəbhə gündəliyi: 24 oktyabrda nələr oldu... 25 Oktyabr 2020, 00:06 Əfqanıstanda partlayış - onlarla insan həlak oldu 24 Oktyabr 2020, 23:52 Daha bir hərbçimiz koronavirusla bağlı əhaliyə çağırış etdi - VİDEO 24 Oktyabr 2020, 23:48 Bakıda kütləvi dava - xəsarət alanlar var 24 Oktyabr 2020, 23:34 Fransa Türkiyədəki səfirini geri çağırdı 24 Oktyabr 2020, 23:28 Yolu keçən piyadanı maşın vurdu 24 Oktyabr 2020, 23:19 “General Həzi Aslanov” gəmisində partlayış olub 24 Oktyabr 2020, 23:13 Paşinyanın qızı rus xalqını təhqir edir 24 Oktyabr 2020, 23:06 Düşmənin hərbi obyektlərini və hədəflərini məhv edən zabitimiz- VİDEO 24 Oktyabr 2020, 22:51 Levandovski yeni rekorda imza atdı 24 Oktyabr 2020, 22:46 Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO 24 Oktyabr 2020, 22:30 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi qadağandır - Prezidentin köməkçisi 24 Oktyabr 2020, 22:16 ABŞ-ın Azərbaycandakı Səfirliyindən vətəndaşlarına terror təhlükəsi barədə XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 22:13 Hərbi pilotumuzdan Azərbaycan xalqına ÇAĞIRIŞ 24 Oktyabr 2020, 22:00 “PKK terrorçuları Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşür” 24 Oktyabr 2020, 21:50 “Fransa Prezidentinin psixi müalicəyə ehtiyacı var” - Ərdoğanın çıxışı diplomatik qalmaqal yaratdı 24 Oktyabr 2020, 21:39 Ermənistan döyüşlərdə uşaqlardan istifadə edir - VİDEO 24 Oktyabr 2020, 21:28 Düşmənin 19 hərbçisini məhv edən snayperçimiz - VİDEO 24 Oktyabr 2020, 21:18 “Ayaks”dan darmadağın - 13:0 24 Oktyabr 2020, 21:10 Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı - VİDEO 24 Oktyabr 2020, 21:04 “El Klassiko”nun qalibi müəyyənləşdi 24 Oktyabr 2020, 20:55 “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 20:45 Cüdoçumuz qızıl medal qazandı 24 Oktyabr 2020, 20:38 Şəkidə ağır yol qəzası 24 Oktyabr 2020, 20:29 ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir 24 Oktyabr 2020, 20:14