Modern.az

“Sumqayıt” lider oldu

“Sumqayıt” lider oldu

Aktual

19 Sentyabr 2020, 22:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" Səbail"i qəbul edib.

Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.


Bu qələbə sayəsində xalını 6-ya çatdıran "Sumqayıt" liderliyə yüksəlib. İlk 3 oyununun hamısından məğlub ayrılan "Səbail" isə sonuncu pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Qəbələ" "Keşlə" ilə heç-heçə edib - 0:0. Tura sentyabrın 20-də "Zirə" - "Sabah" və "Qarabağ" - Neftçi" oyunları ilə yekun vurulacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir