Arxiv
21 Sentyabr 2020, 12:48 | HADİSƏ
“Qapıya yazsınlar ki, “şortiklə girmək qadağandır!” - Şortik qalmaqalına REAKSİYA

Texnobloger Fərid Pərdəşünasın Facebook-da yaydığı məlumata görə, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda əynindəki şortik səbəbilə içəri  buraxılmayıb:

“Polis qeyd etdi ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin yazılmadığını vurğulayanda, bildirdilər ki, “bunun üçün qərara ehtiyac yoxdur, içəridə ana, bacı var. Bu, ictimai asayişin pozulmasıdır". İçəridə dar şortik geyinən qızları göstərsəm də, polis qətiyyətlə məni oradan uzaqlaşdırdı. Beləcə, qanunda olmadığı halda, dövlət müəssisəsində imtahan vermək hüququmdan istifadə edə bilmədim”.

 

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata verdiyi açıqlamada bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur. Onun sözlərinə görə, milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbulolunmazdır:


“Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbulolunmaz formada geyinib imtahana gəlməsi uyğun deyil. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.

 

Maraqlıdır ki, illərdir ədəb-ərkanla “prava” alverilə məşğul olan və bunu daim rəsmən təkzib edən bir qurum, kişinin şortik geyinməyini ədəbsizlik kimi qiymətləndirir...

 

Milli Məclisin İnsan hüquqları komitəsinin deputatı Tahir Kərimli məsələ ilə bağlı Modern.az-a bildirib ki, Azərbaycan adətləri hüququn əsas mənbələrindən biridir:

 

“Məhz adətlərə istinad edərək, digər ölkələrdə də - Çində, Yaponiyada, Avropada, Amerikada, Orta Asiyada qanunlar qəbul olunur. O cümlədən, Azərbaycanda da bu cür adətlərə söykənərək, qadın və kişilərə fərqli münasibətlər göstərilir. Bu, sevetdənqalma dünyəviliyin bir adətinə çevirilib, yəni qadın istədiyi kimi geyinə bilər, ona heç kim irad bildirə bilməz. Amma kişiyə gələndə deyilir, “adətlərə zidd geyinirsən”.

Ona görə bu məsələnin qanuni aspektləri yoxdur. Hər bir təhsil müəssisəsinin geyim forması ola bilər, deyilə bilər ki, qadınlar mini geyinməsin, kişilər şortik geyinməsin və s. “Kişilər şortik geyinsin-geyinməsin” artıq illərdir müzakirə olunur. Yadımdadır ki, hələ 15 il əvvəl məhz bu mövzu ilə bağlı müsahibə vermişdim. O vaxt demişdim ki, qadınlar maykada gəzə bilər, amma kişlər gəzəndə birtəhər baxırlar. Niyə? İki səhifəlik müsahibəmdə bu məsələləri geniş şərh etmişdim. Amma üstündən 15 il keçib, hələ də eyni şeydən danışırıq. Ümumiyyətlə, qafqazlı olmağımızdan, türk olmağımızdan, milli mentalitetimizdən, dinimizdən asılı olaraq, istər qadın, istər kişi abırlı geyinməlidir. Bu, illərdir formalaşan ənənədir. Nə çadra geyinmək lazımdır, nə də çox açıq”.

 

Deputat deyib ki, eyni situsiyada qadın və kişinin geyiminə fərq qoymaq qanunaziddir:

“Azərbaycanda çox nadir yerlərdə daxili geyim normaları tətbiq edilir. Sözügedən yerdə isə geyimlə bağlı qanuni yanaşma yoxdur. Bu müəssisə rəhbərinin şəxsi mülahizəsindən asılıdır, nədən xoşu gəlir, nədən xoşu gəlmir. Çünki bizdə geyimlə bağlı konkret qaydalar yoxdur”.

 


Sürücülük vəsiqəsi ilə bağlı rüşvət məsləsinə gəldikdə, hüquqşünas deyib ki, qanunda rüşvətalmaya görə maddə var və bu, cinayət əməlidir:

“Amma şortik geyinmək heç inzibati pozuntu belə deyil, nəinki qanun pozuntusu. Bu situasiyada qadın və kişi fərqi qoyularaq, şortik geyinən bəyin imtahan keçirilən inzibati binaya daxil olmasının qarşısının alınmasının özü qanun pozuntusudur. Burada kişi və qadına eyni cür münasibət göstərilsəydi, yenə də başa düşmək olardı. Bu, ədaləti və düzgün yanama deyil, nə qanuna sığır, nə menatlitetə”.

 

Hər zaman qadınların müdafiəsilə məşğul olan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da insanlara cinsə görə fərq qoyulmasına qarşı çıxıb:

“Şortik sərbəst geyim formasıdır. Bu, dövlət səviyyəsində tədbir deyil ki, şortik qadağası tətbiq edilsin. Əgər bu tələb hamıya şamil olunarsa, başadüşələn olar. Amma cins ayırımı edilirsə, anlaşılmır. Görünür həmin vaxt hansısa qadın bu kişinin geyiminə reaksiya verib və həmin rəis xanımlara hörmət əlaməti olaraq, bu addımı atıb”.

 

Hüquq müdafiəçisi deyib ki, azərbaycanlı kişilərin böyük əksəriyyətinin şortik kompleksi var:

“Amma 90 faizi xaricə çıxan kimi bu kompleksdən qurtulur. Hətta bunların sırasında dövlət rəsmiləri də var. Onda belə çıxır onlar milli metaliteti pozurlar? Təbii ki, dövlət qurumlarında tələblər var. Amma baxmaq lazımdır ki, bu tələb hamıyamı şamil edilib. Əgər hamıya şamil edilirsə, qapıya yazsınlar ki, “ŞORTİKLƏ GİRMƏK QADAĞANDIR!”.
Həm də ola bilər şortik standartdan çox qısa olub, mən görməmişəm. Tanıqıdlarımdan biri elə şortik geyinmişdi, elə bil alt paltarı idi. Ona görə görmədiyimlə bağlı fikir bildirə bilmirəm”.

M.Zeynalova deyib ki, bu, hamıya şamil edilməyibsə, qanun pozuntusudur:

“Yaxşı olar ki, vətəndaş bunu sosial şəbəkədə ictimailəşdirməkdənsə, məhkəməyə müraciət etsin. Artıq bu ənənəni formalaşdırmalıyıq. Şəxs məhkəməyə müraciət etməyibsə, düşnürəm ki, bu, müzakirə predmeti deyil”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05 Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib 29 Oktyabr 2020, 18:00 Beynəlxalq Qızıl Xaç Komitəsi meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı məlumat YAYDI 29 Oktyabr 2020, 17:54 Düşmən yenidən Goranboy, Tərtər və Bərdəni artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 17:48 Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ 29 Oktyabr 2020, 17:43